COP29: 60 mindən çox xarici nümayəndə boykota inad Bakıdadır!
15:24 12.11.2024
Siyasət
513
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, 60 mindən çox əcnəbinin iştirakı COP29-u boykotla bağlı çağırışlara uyğun gəlmir. O bildirib ki, COP29-da 70 mindən çox xarici və yerli nümayəndənin iştirakı və qeydiyyatı həyata keçirilib.
Hikmət Hacıyev vurğulayıb ki, COP29-u boykot etməklə bağlı çağırışlarla əlaqədar tövsiyə edərdim ki, ətrafa baxasınız. Bu gün bu tədbirdə - COP29-da 70 mindən çox xarici və yerli nümayəndənin iştirakı və qeydiyyatı həyata keçirilib. Bunun da mütləq əksəriyyətini - 60 mindən çoxunu xaricilər təşkil edir. Bu, bəzi təşkilatların COP29-u boykotla bağlı çağırışlarına uyğun gəlmir. İkincisi, bu tədbir beynəlxalq media təsisatları tərəfindən işıqlandırılır. Burada 3 mindən çox xarici media nümayəndəsinin akkreditasiyası və qeydiyyatı həyata keçirilib.
“Report" İA-nın əməkdaşı, siyasi şərhçi Kənan Novruzov “Sherg.az”a söyləyib ki, COP tədbiri başlamazdan əvvəl Azərbaycana qarşı müəyyən dezinformasiya kampaniyası işə düşmüşdü. Həmin kampaniyanın başında Qərb dövlətləri, xüsusilə də Fransa və Amerika Birləşmiş Ştatları dayanırdı:
“Çox güman ki, COP29 tədbirində də belə qarayaxma kampaniyaların şahidi olacayıq. Hətta COP29 başa çatdıqdan sonra da guya Azərbaycanda tədbirin uğurlu keçməməsi ilə bağı da tənqidlərin olması gözləniləndir. Bu kimi hadisələr göstərir ki, Qərb dövlətləri medianın imkanlarından sadəcə siyasi vasitə olaraq istifadə edirlər. Halbuki demokratik dövlətlərdə media siyasətin işinə qarışmamalıdır. Bu isə dolayısı ilə özlərini demokratik dövlət olaraq tanıdan Fransa kimi ölkələrin demokratik olmadığını göstərir. Həmin ölkələr yalnız öz siyasi maraqları koktekstindən hərəkət edirlər və müəyyən ikili standartlara yol verməkdən də çəkinmirlər. Əvvəl Qərb dövlətlərinin özləri COP29-un Azərbaycanda keçirilməsini dəstəkləmişdilər. Bununla bağlı yekdil qərar mövcud idi. Amma indi isə bəzi Qərb dövlətləri tərəfindən sanki Azərbaycana qarşı “Səlib yürüşləri”nə başlanılıb. Sözügedən prosos Qərbin bir daha riyakar və səmimi olmadıqlarını ortaya qoyur. Hikmət Hacıyevin dediyi kimi dünyanın əksər yerlərindən bu qədər jurnalistin Azərbaycana gəlməsi həmin dövlətlərin bizə olan etibarının bariz nümunəsidir. Onlar Azərbaycanın təhlükəsiz ölkə olmasına inanır, COP29 çərçivəsində mühim bəyanatların imzalanacağına əmindirlər. Ona görə də bu sensasiyadan kənarda qalmaq istəmirlər. Azərbaycana qarşı qeyri-obyektiv münasibət Qərbin ikiüzlü olduğunu sübüta yetirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq