COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - VİDEO
11:52 23.11.2024
COP29
686
11-22 noyabr tarixlərində keçirilən COP29 tədbirinin və ümumilikdə Bakı şəhəri başda olmaqla ölkənin fasiləsiz və dayanıqlı elektrik təchizatının təmin edilməsi üçün “Azərenerji” ASC üzərinə düşən bütün öhdəlikləri yerinə yetirib.
"Sherg.az" xəbər verir ki, müvafiq dövlət qurumları ilə birgə 24 saat fasiləsiz olaraq strateji əhəmiyyətli yüksəkgərginlikli ötürmə xətləri, qovşaq yarımstansiyaları, o cümlədən istehsal mənbəyi olan elektrik stansiyalarının fiziki təhlükəsizliyi tam təmin edilib və texniki personal, xüsusi təyinatlı briqada və səyyar diaqnostika avadanlıqları gecə-gündüz iş başında olub.
Eyni zamanda paytaxt və ətraf ərazilərdə yerləşən 37 qovşaq yarımstansiyası, 129 ötürmə xətti və 6 elektrik stansiyası daim təftiş olunub. SCADA sistemi başda olmaqla bütün enerjisistemin proqram təminatı və rəqəmsal idarəetməsi üçün kiber təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə həyata keçirilib. Nəticədə, tədbir müddətində baş verə biləcək təhlükələr anında aradan qaldırılıb və heç bir qəza açılması yaşanmayıb.
Paralel olaraq “AzərEnerji” COP29 tədbirində yaxından təmsil olunub. Belə ki, “mavi zona”da “AzərEnerji” rəhbərliyi müxtəlif tədbirlərdə iştirak edib. “Yaşıl zona”da isə “AzərEnerji” tərəfindən gələcəyin enerjisistemi, karbon sertfikatı, “yaşıl enerji” zonası, dekarbonizasiya, elektroenergetikanın modernizasiyası, data analitika, “yaşıl enerji” xabı və başqa mövzularda dünyanın aparıcı enerji şirkətlərinin iştirakıyla ümumilikdə 18 tədbir, memorandum imzalanması, təqdimat və görüşlər keçirilib.
COP29 tədbiri müddətində “AzərEnerji” ilə “Azərişıq” ASC-lərin “yaşıl zona”da yerləşən pavilyonunu 10 minədək qonaq ziyarət edib ki, onların arasında nüfuzlu şəxslər, xarici qonaqlar üstünlük təşkil edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Öldürülən ABŞ pilotunun atası İranla müharibəyə qarşı çıxdı
20:36 20.03.2026
Dünya
Ağ Ev süni intellekt üzrə ilk milli siyasət çərçivəsini təqdim edib
20:24 20.03.2026
Dünya
KİV: Tramp İranla müharibə üçün 200 milyard dollar istəyir
20:11 20.03.2026
Dünya
İranın ali rəhbəri Türkiyəyə hücumlara münasibət bildirib
19:49 20.03.2026
Region
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya