
Ermənistan həqiqətlərlə üzləşməli olacaq -ŞƏRH
Yusif Nəzərli
22:44 03.12.2024
Siyasət
565
Qərbi azərbaycanlıların ahı erməni diplomatlarını daim kabus kimi izləyəcək
Ermənistan nümayəndəsi üzləşdiyi pərt vəziyyətdən diplomatik hiyləgərliklə çıxmağa çalışsa da, buna nail ola bilməyib
Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyası çərçivəsində Ermənistanın dövrü məruzəsinə baxış keçirilib. Dekabrın 2-də baxışın ilk günündə Komitə üzvü Çunq Çinsunq Ermənistanın məruzəsində Azərbaycanla bağlı çox sayda iddiaların yer aldığına təəccüblənərək, Ermənistanda bir nəfər azərbaycanlının belə yaşamadığı halda sənəddə Azərbaycana bu qədər yer ayrılmasına aydınlıq gətirilməsini sorğu edib. Ermənistan nümayəndə heyətinin rəhbəri, bu ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan suala cavab verməkdə çətinlik çəkərək, azərbaycanlıların Ermənistanda yaşamadığını təsdiq edib, sənəddə Azərbaycanla bağlı yazılanların məruzənin mahiyyətinə uyğun olmayan təhlükəsizlik və siyasi vəziyyətlə əlaqələndirməyə çalışıb. Məruzəçi Ermənistanda faşist rejimi ilə əməkdaşlıq etmiş və insanlığa qarşı cinayətlər törətmiş Qaregin Njde kimi insanlara heykəlin ucaldılması barədə Komitəyə məlumatların daxil olduğunu da bildirib. Bu xüsusda, Ermənistanda məktəb kurrikulumunun tarixin bütün aspektlərini necə nəzərə aldığını və ayrı-seçkilik olmadan tolerantlıq mühitini necə təşviq etdiyini sorğu edib. Çıxışında ölkəsinin tolerantlıq diyarı olduğunu sübut etməyə çalışan Ermənistan nümayəndə heyətinin rəhbəri, bu ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan sualın ağırlığını hiss edərək, məktəb kurrikulumunun yenidən nəzərdən keçirildiyini bildirməyə məcbur qalıb. Q.Njdenin adını deməyə belə çəkinən V.Kostanyan istinad edilən şəxsin məhz XX əsrin əvvəlində, daha sonradan deyil, Ermənistan və erməni xalqı üçün vacib tarixi şəxsiyyət olduğunu deməklə Q.Njdenin faşist olduğunu təkzib edə bilməyib. Bu cavabla kifayətlənməyən məruzəçi Y.Kam Con bu yaxınlarda belə heykəlin ətrafında mərasimlərin keçirilməsinin həmin şəxsin cəmiyyət üçün hələ də aktual olduğuna dəlalət etdiyini vurğulayıb.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Ermənistandan bütün azərbaycanlıların zorakılıqla qovulması, deportasiya edilməsi faktının BMT rəsmisi səviyyəsində ifşa edilməsi tarixi ədalətin yavaş-yavaş öz yerini tutduğunu göstərir. Ekspertin sözlərinə görə, Ermənistan nümayəndəsi üzləşdiyi pərt vəziyyətdən diplomatik hiyləgərliklə çıxmağa çalışsa da, buna nail ola bilməyib:

"Heç bir Ermənistan rəsmisini, o cümlədən bu ölkənin Baş naziri Nikol Paşinyanı diplomatik don geyinmək sərt həqiqətlər qarşısında aciz duruma düşməkdən xilas edə bilməz. 1987-91-ci illərdə azərbaycanlıların öz doğma yurdları olan Qərbi Azərbaycan torpaqlarından Ermənistan dövləti tərəfindən qovulması ən yeni tarixin danılmaz faktıdır. Rəsmi İrəvan bu tarixi ədalətsizlik faktını, öz qeyri-erməni əsilli vətəndaşlarına qarşı barbarcasına davranışını heç nə ilə ört-basdır edə bilməz. Qərbi azərbaycanlıların deportasiya edilməsi beynəlxalq qurumlar tərəfindən də təsdiqlənib. Elə həmin beynəlxalq qurumların kürsülərindən Azərbaycana qarşı həyasızcasına iftiralar yağdıran ermənilər deportasiya, etnik təmizləmə və soyqırım həqiqətləri ilə üzləşməli olurlar. Qərbi azərbaycanlıların etnik təmizləməyə, xocalılıların soyqırımına məruz qalması faktları Ermənistan liderlərini də, erməni diplomatlarını da daim kabus kimi izləyəcək. Onlar hər yerdə bu acı həqiqətlərlə üzləşməli olacaqlar".
Oxşar xəbərlər
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
15:21 11.09.2026
BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir
17:40 10.09.2026
Xəbər lenti
Hamısına bax
Aleksandr Vuçiç sentyabrın sonunda istefa verəcək
15:53 11.09.2026
Dünya
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
15:45 11.09.2026
Gündəm
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
15:29 11.09.2026
İqtisadiyyat
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya