ABŞ-nin Azərbaycana təcrid siyasəti: OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir -TƏHLİL
13:43 04.12.2024
Siyasət
479
OCCPR-nin (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi) ABŞ-a bağlı olduğu, “jurnalistika” adı altında ölkələrin daxili işlərinə qarışmaq və təzyiq etmək üçün istifadə edildiyi bəlli idi. Xarici mediada yayımlanan araşdırmalarda bu fakt çılpaqlığı ilə ortaya çıxdı. “Dropsitenews.com” resursunda “Jurnalistika nəhəngi büdcəsinin yarısını ABŞ hökumətindən alır” başlıqlı məqalə dərc olunub. Ryan Grim, Ştefan Candea və Nikolas Leontopoulosun müllifi olduğu məqalədə OCCPR-nin mənsubluğu, maliyyə mənbələri, əsl məqsəd və məramını ifşa edilir. İndiyə qədər OCCRP-nin büdcəsi Avropa İttifaqı, Avropa ölkələri, xüsusilə ABŞ-dan aldığı vəsait hesabına formalaşdırılıb. Bu araşdırmalar təsdiq edir ki, OCCPR-nin Azərbaycanla bağlı apardığı “araşdırmalar” yalan məlumatlara əsaslanıb və şantaj məqsədi daşıyıb. Hədəf Azərbaycana təzyiq etmək və ABŞ-ın maraqlarının təmin edilməsinə nail olmaq olub. OCCPR-nin Azərbaycanla bağlı araşdırmalarının altındakı əsas imza Xədicə İsmayıl olub. “Dropsitenews.com” və “Mediapart” araşdırmaları ilə bağlı Xədicə İsmayıla sual ünvanladıq. Bu faktlardan sonra özünü “müstəqil jurnalist” hesab edən X.İsmayıl etiraf etməsə belə, gerçəkləri qəbul etməsi gözlənilən idi. Lakin o, heç bir tutarlı əsas gətirmədi. Ümumi sözlərlə özünü müdafiə etməyə çalışdı. OCCPR-nin Cənubi Qafqaz siyasəti, bu xüsusda Azərbaycanı əsas hədəf kimi seçməsi, daxili işlərə qarışmaq və əsasən erməni maraqlarının müdafiəçisi kimi çıxış etməsi qəbuledilməzdir.
Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a söyləyib ki, bu təşkilatın əsas hədəf seçdiyi ölkələrdən birinin Azərbaycan olduğu əvvəldən bəlli idi:
“Fransa, İtaliya, Almaniya, Yunanıstan mediasında aparılan araşdırmalar göstərdi ki, həqiqətən həmin təşkilat Amerika tərəfindən maliyyələşir. İndiyə qədər Azərbaycan mediasında bununla bağlı araşdırmalar aparılmış və faktlar ortaya çıxmışdı. Ancaq Qərb mediasının özünün apardığı geniş araşdırma həmin faktları bur daha sübuta yetirdi. OCCPR təşkilatın Azərbaycan üzərinə bu qədər hücum etməsi hər zaman maraq doğuran məsələdir. Əksər ölkələrin içində Azərbaycan əleyhinə kampaniyalar daha çox diqqət çəkir və bu xətt davamlı olaraq görünür. Bu təkcə Amerikanın Azərbaycana təcrid siyasətindən qaynaqlanmır, eyni zamanda erməni lobbisinin fəaliyyəti istisna edilməməlidir. OCCPR təşkilatının bağlı olduğu yer USAİD-dir. USAİD Amerika Dövlət Departamentinin və Amerika kəşfiyyatının bir qanadı kimi fəaliyyət göstərir. USAİD-in rəhbəri Samanta Pauerin kim olduğunu hər kəs yaxşı bilir. Samanta Pauer ermənilərin açıq müdafiəçisidir və qondarma soyqrımlara nəzarət edib. Həmçinin Bakıda olan seperatçılardan Ruben Vardanyanla çox yaxın əlaqələrə malikdir. Görünən odur ki, erməni lobbisi uzun illər sözügüdən təşkilat üzərindən Azərbaycana təzyiq etməyə çalışıb. Həmin prosesdə daxilindən olan azərbaycanlı jurnalistlər də var idi. Tarixi faktlar ortaya çıxdıqca həmin jurnalistlərin müstəqil şəkildə fəaliyyət göstərmələrinin yalan olduğu da təsdiqləndi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya