Sərdar Cəlaloğlu: ADP bələdiyyə seçkilərində iştirak edəcək
Yusif Nəzərli
15:20 04.12.2024
Siyasət
623
Əgər bələdiyyələrin səlahiyyətləri artırılsa, insanların bu seçkilərə marağı artacaq
2025-ci il yanvarın 29-da Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Bu seçkilər ölkədə sayca altıncı ümumrespublika bələdiyyə seçkisi olacaq. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov siyasi partiyalara bələdiyyə seçkilərində daha fəal iştirak etmələri üçün çağırış edib.
Xatırladaq ki, bələdiyyə seçkiləri hər 5 ildən bir keçirilir. Sonuncu seçkilər 2019-cu ildə təşkil olunub.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Sherg.az"a verdiyi açıqlamada bildirib ki, ADP də bələdiyyə seçkilərində iştirak edəcək:
"Hazırda Azərbaycanda bələdiyyələrin fəaliyyəti və səlahiyyətləri ilə bağlı müəyyən islahatların aparılması gözlənilir. Bu islahatlar çərçivəsində bələdiyyələrin rolu müəyyən qədər artırıla bilər ki, bu da onların daha geniş fəaliyyət imkanlarına malik olmasına şərait yaradacaq. Görünən odur ki, yaxın gələcəkdə bələdiyyələr və yerli idarəetmə sahəsində yeni yanaşmalar tətbiq olunacaq. Bizim də qarşıdan gələn bu seçkilərdə iştirak etmək fikrimiz var. Hesab edirəm ki, bu dəfə keçiriləcək bələdiyyə seçkiləri 2019-cu ildə baş tutan seçkilərdən fərqli olacaq. Bunun əsas səbəblərindən biri dünyada baş verən mürəkkəb iqtisadi və siyasi proseslərdir. Bu vəziyyət Azərbaycana da təsir edir və hər kəs artıq anlayır ki, ölkədə yeni təfəkkürün və idarəetmə yanaşmasının tətbiqi zəruridir".
Sərdar Cəlaloğlu əlavə edib ki, hazırda vətəndaşların bələdiyyə seçkilərinə marağı çox aşağı səviyyədədir:
"Bunun əsas səbəbi bələdiyyələrin səlahiyyətlərinin məhdud olmasıdır. Mövcud vəziyyətdə bələdiyyələr əhalinin qarşılaşdığı problemlərin həllində əhəmiyyətli rol oynaya bilmir. Əgər bələdiyyələrin səlahiyyətləri artırılsa və onlar müəyyən məsələlərin həllində real təsir gücünə sahib olsalar, insanların bu seçkilərə marağı artacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya