
Əsəd xalqdan talan edilən pulları və qızılları illərdir ki, Rusiyaya daşıyır - RƏY
16:50 23.12.2024
Siyasət
438
Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya Prezidenti Bəşər Əsədlə görüşməyi planlaşdırır
Uşakov Moskvanın həm diplomatik, həm də hərbi kanallar vasitəsilə Suriyanın yeni hakimiyyət orqanları ilə əlaqə saxladığını da vurğulayıb.
Onun sözlərinə görə, görüşün dəqiq vaxtı hələ bəlli deyil.

Putin Bəşər Əsədlə görüşməsinin səbəb və qarşıdakı nəticələrini "Sherg.az"a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Bəşər Əsəd xalqdan talan edilən pullar və qızılları illərdir ki, Rusiyaya daşıyır:
"Bu sərvətlər hazırda həm Əsədin, həm də Moskvanın maraqları baxımından həyati əhəmiyyət kəsb edir. Hazırda ehtimallar göstərir ki, Suriyada yaxın zamanda yeni hakimiyyət formalaşa bilər. Moskva bu keçid prosesinə həm diplomatik, həm də hərbi vasitələrlə təsir göstərməyə çalışır. Rusiya, Suriyadakı proseslərdə əsas oyunçu olaraq qalır. Hakimiyyət dəyişsə belə, Moskva Suriyanın gələcək hakimiyyət orqanları ilə əlaqələri qorumağa çalışacaq.
Mövcud şəraitdə Rusiyanın Suriyada mövqeyini qoruyub saxlaması getdikcə çətinləşsə də rəsmi Moskva reallıqları nəzərə alaraq, yeni hakimiyyətlə əməkdaşlıq etmək məcburiyyətindədir. Suriyada vəziyyət o nöqtəyə çatıb ki, Rusiya həm siyasi, həm də hərbi yolla maksimum qazanc əldə etməyə çalışır. Əsəd rejimi isə bu prosesdə Moskvanın maraqlarına uyğun hərəkət edərək öz sərvətini ortaya qoyur. Bu, rejimin öz hakimiyyətini qorumaq üçün Rusiyaya etdiyi son güzəştlərdən biri ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya