"İran anti-Azərbaycan siyasətindən əl çəkmir" - POLİTOLOQ
Yusif Nəzərli
12:19 01.01.2025
Siyasət
485
"İlin ilk günü İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanın Xarici İşlər Nazirliyinə çağrılması iki ölkə arasındakı münasibətlərin xarakterindən irəli gəlir".
Sherg.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyində görüş zamanı iranlı diplomatın diqqətinə çatdırılıb ki, ötən ilin 29 dekabrında Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısına qarşı təhqiramiz ifadələr səsləndirilib:
"Buna görə İran tərəfinə sərt etiraz bildirilib. XİN-in bəyanatında İran tərəfə başqa ciddi irad da çatdırılıb: “Son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb”.
Beləliklə, İranın mühafizəkar və dini dairələri düşdükləri ağır regional vəziyyətə baxmayaraq, anti-Azərbaycan siyasətlərindən əl çəkmək istəmirlər. İran Prezidenti və Xarici İşlər Nazirliyi qonşu Azərbaycanla normal tərəfdaşlıq münasibətləri istəyirlərsə, SEPAH generallarını və din xadimlərini açıqlamalarında diqqətli olmağa çağırmalıdırlar, bunu etməyəcəkləri halda iki ölkə arasındakı münasibətlərdə müsbətə doğru irəliləyiş olmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan və Azərbaycan XİN rəhbərləri telefonla danışıb
17:27 05.03.2026
Siyasət
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual
İranın Azərbaycana hücumu o deməkdir ki... – “Quardian”
15:14 05.03.2026
Dünya
İran Türkiyədə İncirlik bazasını vurmaq istəyirmiş
15:11 05.03.2026
Gündəm
Dövlət Neft Fondunun rəhbərliyinə təyinat olub
15:06 05.03.2026
Gündəm
Qətər İranın Azərbaycana dron hücumlarını pisləyib
15:04 05.03.2026
Gündəm
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:01 05.03.2026
Gündəm
“Naxçıvana zərbə Azərbaycan və Türkiyəyə mesajdır” - Türk analitik
14:40 05.03.2026
Gündəm