Nazir müavini Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
Yusif Nəzərli
17:05 08.01.2025
Siyasət
527
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov yanvarın 8-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdelina Qrononun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sherg.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, xüsusi nümayəndə Maqdelina Qrono görüşün əvvəlində “Azərbaycan Hava Yollarına” məxsus təyyarənin faciəli şəkildə qəzaya uğraması ilə bağlı başsağlığını ifadə edərək, Avropa İttifaqının qəza baş verdikdən dərhal sonra yardım göstərməyə hazır olduğunu Azərbaycan tərəfinə çatdırdığını qeyd edib.
Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regional təhlükəsizlik məsələləri, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.
Görüş zamanı iqtisadiyyat-ticarət, enerji, nəqliyyat və kommunikasiyalar sahələrində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının vacibliyi qeyd olunub. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rola toxunularaq, gələcəkdə Azərbaycandan yaşıl enerji resurslarının Avropaya ixracını nəzərdə tutan layihələrin reallaşması ilə bu rolun daha da artacağına dair ümidvarlıq ifadə olunub.
2024-cü ilin noyabr ayında Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi etməsi fonunda ətraf mühitin qorunması, ekoloji təhdidlərə qarşı mübarizə və yaşıl keçid kimi ölçülərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlıq gündəliyinin zənginləşdirilməsi işinə mümkün töhfəsindən danışılıb.
Nazir müavini E.Məmmədov görüş zamanı Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bölgədəki son vəziyyət, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi layihəsi üzərində aparılan danışıqların hazırkı mərhələsi, ikitərəfli formatda indiyədək əldə olunmuş tərəqqi, keçmiş məcburi köçkünlərin əzəli torpaqlarına qayıdışı, bu prosesə ciddi əngəl törədən mina təhdidi barədə tərəf müqabilinə ətraflı məlumat verib.
Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin nəticəsində itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi, minalarla çirkləndirilmiş ərazilərin təmizlənməsi, habelə regional bağlantıların bərpası istiqamətində Avropa İttifaqının mümkün dəstəyindən bəhs olunub.
Avropa İttifaqının Ermənistandakı Missiyasının fəaliyyətinin və Avropa Sülh Fondunun maliyyə yardımı hesabına Ermənistanın silahlanlandırılmasının sülhə xidmət etmədiyi, əksinə, bu kimi fəaliyyətlərin Azərbaycana qarşı revanşist meylləri gücləndirdiyi vurğulanıb.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət