Güneyli soydaşlarımız bir gün Amulinin saqqalından yapışıb yerdə sürüyəcəklər -ŞƏRH
Yusif Nəzərli
23:44 08.01.2025
Aktual
584
Mollanın o cür danışmasında Xameneinin özü də maraqlıdır
"O ki qaldı əyalət mollasının bizə qarşı nifrət münasibətinə, bu, birinci dəfə deyil. Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?". Bu barədə Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib. Dövlət başçısı qeyd edib ki, İranın Xarici İşlər Nazirliyinin açıqlamasındakı təəssüf hissi kifayət deyil: "Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə canlı yayım gedən zaman və sadəcə, təəssüf?! Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir. Bax, məsələ bundadır". Qeyd edək ki, Amili Azərbaycana qarşı dəfələrlə həyasız çıxışlar edib, ölkəmizə böhtan atıb, şantaj edib. Bu nadürüst molla iki dövlət arasında düşmənçiliyi qızışdırdığına görə cəzalandırılmadığını görüncə “ipini” daha da uzadıb. Amili İranda Türkiyəyə və Azərbaycana qarşı hər cür iyrənc təbliğatı ilə fərqlənənlərdən biri kimi tanınıb. İran qoşunlarının Suriyadan qovulmasını sinirə bilməyən Amili kimilərinin böhtan, təhqir, qarğış yağdırmaqdan başqa təsəlliləri yoxdur. İranın mühafizəkar və dini dairələri düşdükləri ağır regional vəziyyətə baxmayaraq, iyrənc anti-Azərbaycan siyasətlərindən əl çəkmək istəmirlər. İran prezidenti və Xarici İşlər Nazirliyi qonşu Azərbaycanla normal tərəfdaşlıq münasibətləri istəyirlərsə, SEPAH generallarını və din xadimlərini açıqlamalarında diqqətli olmağa çağırmalıdırlar. Bunu etməyəcəkləri halda iki ölkə arasındakı münasibətlərdə müsbətə doğru irəliləyiş olmayacaq. Təəccüblüdür ki, İran rəhbərliyi tabeliyindəki məmurların, SEPAH generallarının, polkovniklərinin özbaşınalıqlarına, məsuliyyətsiz çıxışlarına nəzarət etmir.
Siyasi şərhçi Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, cənub qonşumuz İranda daim bizə qarşı kin qusmağa hazır olan fars şovinist sürüsü var. Ekspert vurğulayıb ki, o sürüdəki ən başda gələn "goreşən"lərdən biri Seyid Həsən Amulidir:
"Azərbaycana qarşı barışmaz düşmənçiliyi ilə tanınan qatı panfarsçı, Ərdəbilin imam-cüməsi Seyid Həsən Amuli bu günlərdə növbəti dəfə Azərbaycana və eləcə də Türkiyə əleyhinə qarşı təhqiramiz ifadələrə yol verib. İranın ali dini rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amuli bundan əvvəl də dəfələrlə Azərbaycan əleyhinə xoşagəlməz ifadələr səsləndirib. Lakin onu Ərdəbilə nümayəndə və imam-cümə təyin edən ayətullah Xamenei onun anti-Azərbaycan çıxışlarına indiyə qədər heç bir münasibət bildirməyib. Çünki Amulinin o cür danışmasında Xameneinin özü də maraqlıdır. Ona görə də Xamenei bu dəfə də Amuliyə "gözün üstə qaşın var" deməyəcək".
Analitik bəyan edib ki, Amulini susdurmağın ən yaxşı yolu Ərdəbil camaatının onu oradan iti qovan kimi qovması ola bilər:
"Bu addım İranın molla rejiminin özünə də yaxşı dərs olar. Azərbaycan əleyhinə qısqırtdıqları propaqandist köpəklərin ipini yığarlar. Ərdəbildən olan güneyli soydaşlarımızın bir gün Amulinin saqqalından yapışıb yerdə sürüyəcəklərinə əsla şübhə etmirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət