
Azərbaycanda ümumi iqtisadi hərəkətlilik və dinamika artıb -ANALİZ
11:03 09.01.2025
İqtisadiyyat
642
Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində Azərbaycanda sosial sahədə atılan addımlardan danışıb.
Bu il yanvarın birindən minimum əməkhaqqının və pensiyanın artdığını vurğulayan dövlətimizin başçısı deyib:
“Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Cəmiyyətdə də, siyasətdə də, ailədə də hər şey ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub”.
Son bir neçə il ərzində dörd sosial paketin həyata keçirildiyini vurğulayan Prezident, həmçinin qeyd edib:
“İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik”.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, Azərbaycanda iqtisadi inkişaf son bir neçə ildə əsasən özünü aqrar sektorda göstərməyə başlayıb:

“Bir sıra tədarük göstəricilərində artımlar müşahidə edilməkdədir. Eyni zamanda kənd təsərrüfatı məhsullarının ixracatı ilə bağlı göstəricilər 2022-ci və 2023-cü ildə artımla davam edib və bu tendensiya 2024-cü ildə özünü göstərdi. Xüsusilə də Rusiya Ukrayna savaşından sonra Azərbaycan üçün geniş bazarların açılması, həmçinin, əlverişli logistika imkanlarının olması ölkədə aqrar sektorun inkişafına, tədarük göstəricilərinin artmasına gətirib çıxarıb. Aqrar sektordakı artım həm də Qarabağ və Şərqi Zəngəzurda torpaq əkin sahələrinin istifadəyə verilməsi və həmin sahələrdən də tədarük göstəricilərinin artası ilə bağlıdır. Bu sahədə nəzərə çarpacaq dərəcədə artımlar müşahidə edilir. Xüsusilə də kartof, pomidor, çiyələk kimi növdən olan məhsulların tədarükündə ciddi artımlar baş verir. Ümumiyyətlə Azərbaycanda pambıq mahlıcının tədarükü ilə də son illərdə ciddi şəkildə artım qeydə alınıb. Aqrar sektordakı artımlar, qeyri neft sektorunun inkişafı, iqtisadi artım templərinə müsbət təsir göstərib. Bir sıra Türkiyə və Rusiya şirkətləri işğaldan azad edilmiş ərazilərdə investisiya qoyuluşları həyata keçirirlər. Həmin ərazilərin bərpası ilə bağlı həyata keçirilən iqtisadi strateji layihələr ümumi daxili məhsulun böyüməsinə və iqtisadi inkişafın daha da sürətlənməsinə səbəb olub. Növbəti illərdə də Azərbaycanda doğru investisiya təşviqi həyata keçirilərsə və bu tendensiya davam edərsə, aqrar sektorda artımlar müşahidə olunacaq. 2023-cü illə müqayisədə 2024-cü ildə sənaye istehsalında təxminən dörd faizə qədər artım baş verib. Bu artımların da bir sıra səbəbləri var. Xüsusilə də tikinti sektorunda olan sahələrdə boya məhsullarının istehsalı, yapışdırıcı, sement, kafel, metlax və digər əhəmiyyətli tikinti materiallarının istehsalının Azərbaycanın daxilində həyata keçirilməsi genişlənib və bu sahəyə investisiya qoyuluşları artıb. Sənayedəki inkişaf və daha çox aqrar sektordakı inkişaf ümumi iqtisadi göstəricilərimizə müsbət təsir edib. Bu tendensiyanın davam etdirilməsi üçün ən başlıca amil ixracat, xarici bazarların tapılması və logistik imkanların bir az da genişləndirilməsindən asılıdır. Azərbaycanın Çin Xalq Respublikası və Orta Asiya ölkələri ilə iqtisadi münasibətlərin genişlənməsi, Ələt ticarət limanındakı dövriyyənin artması, dəmir yolu üzrə daşımaların çoxalması ümumi iqtisadi hərəkətliliyin və dinamikanın artmasına səbəb olub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət