
İT mütəxəssisi: Süni intellekt insan əməyinin yerini tam doldura bilməz, amma...
09:21 10.01.2025
Texnologiya
924
Dünya İqtisadi Forumunun (WEF) yeni hesabatına əsasən, iri şirkətlərin 41%-i 2030-cu ilə qədər süni intellektdən (Sİ) istifadə etməklə tapşırıqları avtomatlaşdıraraq işçi qüvvəsini azaltmağı planlaşdırır. "Future of Work" tədqiqatının bir hissəsi kimi dərc olunan hesabat dünya üzrə yüzlərlə böyük şirkət arasında aparılan sorğuya əsaslanır.
Oxu.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Eyni zamanda, sorğuda iştirak edən şirkətlərin 77%-i 2025-2030-cu illər arasında süni intellektlə yanaşı effektiv işləmək üçün işçilərini yenidən hazırlamaq və bacarıqlarını artırmaq planlarını açıqlayıb.
WEF qeyd edir ki, süni intellekt və bərpa olunan enerjinin yüksəlişi əmək bazarını dəyişdirir, texnologiya mütəxəssislərinə tələbatı artırır, lakin qrafik dizaynerlər kimi digər peşələrə ehtiyacı azaldır.
İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov “Sherg.az”a bildirib ki, texnologiya tərəfindən yanaşsaq, Sİ çoxsaylı tapşırıqları, xüsusilə strukturlaşdırılmış verilən vəzifələri həyata keçirməkdə effektivdir:

“Məsələn, mətni çevirmə, şəkil analizləri, məşğuliyyət planlaması kimi çətin səviyyəli olan standart tapşırıqları Sİ sistemləri daha dəqiq və daha sürətlə yerinə yetirə bilər. Lakin düşünürəm ki, Sİ-nin insan təfəkkürü, yaradıcılıq və emosional zəka gərəktirən mürəkkəb performansı göstərməsi hələ mümkün deyil. Məsələn, biz hələdə empatiya tələb edən psixoloji dəstək xidmətlərində və ya yarıdıcı fikirlərin olduğu reklam kampaniyalarında insan faktorunun ön planda olduğunu görürük. Sİ bu sahələrdə ancaq köməkçi vasitə kimi rol oynaya bilər. Düzdür ki, insan əməyi və iş gücü üçün bu gedişatın mənfi təsirləri danışılmaqdadır. Lakin sadə işlərə çox asılı olan sahələrdə, məsələn, istehsalat xəttləri, kuryer xidmətləri və ya çağrı mərkəzləri kimi sektorlarda avtomatlaşdırma nəticəsində iş yerlərinin azalması real görünə bilər. Mütləqdir ki, bunun önlənməsi üçün texnoloji dəyişikliklərə adaptasiya prosesində insanlara lazımı dəstək göstərilməlidir. Sİ-nin daha geniş istifadəsinin çətinliklərini azaltmaq üçün insanları yenidən ixtisaslandırma proqramları və yeni nəsillərə texnologiya bilik və bacarıqlarını öyrətmək çox vacibdir. İT sektoru, bu prosesdə aparıcı rol oynamaqla, yeni iş yerləri yaradaraq ön plana çıxır. Nümunə kimi Sİ modeli təlimi, verilənlərin təhlili və sıstemin optimizasiyası, tibb sahəsində Sİ modelləri rentgen şəkillərini analiz edərək erkən diaqnostikanı, maliyyə sektorunda verilənlərin analitik təhlilini öncədən təyin etməkdə köməkçi bi vasitədir. Süni intellekt insan əməyinin yerini tam doldura bilməz, amma onun əsas tapşırıqları daha effektiv yerinə yetirmək üçün istifadəsi mümkün olan bir vasitədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət
Zelenski payızda ölkədən getməyə hazırlaşır - Politoloqdan proqnoz
18:49 08.09.2026
Gündəm