Prezident Litvanın yeni səfirinin etimadnaməsini qəbul edib -YENİLƏNİB
13:18 10.01.2025
Siyasət
371
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçusun etimadnaməsini qəbul edib.
Sherg.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı 2022-ci ildə Litva Prezidentinin ölkəmizə, 2023-cü ildə isə özünün Litvaya rəsmi səfərlərini, ötən ilin sonunda Gitanas Nauseda ilə telefon danışığını, həmçinin bundan əvvəlki dövrlərdə Litvanın dövlət başçıları ilə təmaslarını məmnunluqla xatırladı, bunların ikitərəfli münasibətlərin inkişafında vacib rol oynadığını qeyd edib.
Səfirə Azərbaycanda fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, onun səfirliyi dövründə əlaqələrimiz daha da genişlənəcək, əməkdaşlığımızın möhkəmlənməsi üçün yeni imkanlar müəyyənləşdiriləcək.
Xoş sözlərə görə minnətdarlığını bildirən Kestutis Vaşkeleviçus Litva Respublikasının Prezidenti Gitanas Nausedanın səmimi salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırıb.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Gitanas Nausedaya çatdırmağı xahiş edib.
Səfir qeyd etdi ki, Litva Prezidenti onunla söhbəti zamanı Azərbaycanın oynadığı rolun önəmini vurğulayıb, ölkəmizlə əlaqələrin daha da möhkəmlənməsi istəyində olduğunu deyib, eyni zamanda, təyyarə qəzası ilə bağlı başsağlığını ifadə edib. Kestutis Vaşkeleviçus vurğuladı ki, Azərbaycan bu qəza zamanı xeyli sayda insanın həyatını xilas edən övladları ilə haqlı olaraq fəxr etməyə layiqdir.
Əlaqələrimizin tarixində ölkələrimizin və xalqlarımızın bir-birinin müstəqilliyini, azadlığını dəstəkləməsinin əhəmiyyətini qeyd edən səfir bunun rəmzi məna daşıdığını dedi. O, Azərbaycanın və Litvanın XX əsrin sonlarında müstəqil olmasından sonra ikitərəfli münasibətlərimizdə böyük inkişafa nail olunduğunu vurğuladı. Səfir qeyd etdi ki, Litva Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə dəstək verməyə hər zaman hazırdır.
O, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirdiklərini dedi, Litvanın Cənubi Qafqazda davamlı sülhü və inkişafı dəstəklədiyini vurğulayıb.
Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyini deyən Kestutis Vaşkeleviçus səfirlik fəaliyyəti dövründə münasibətlərimizin tarixində nümayiş etdirilmiş dostluq və həmrəylik ruhunda çalışacağını bildirib.
Söhbət zamanı iqtisadiyyat, kənd təsərrüfatı və bərpaolunan enerji sahələrində əməkdaşlıq məsələləri də müzakirə edilib.
***
İlham Əliyev Litvanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva Respublikasının ölkədə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçusun etimadnaməsini qəbul edib.
"Sherg.az" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət
Zelenski payızda ölkədən getməyə hazırlaşır - Politoloqdan proqnoz
18:49 08.09.2026
Gündəm