Zelenski bir gündə altı Avropa liderinə zəng etdi

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp administrasiyasının artan tənqidi fonunda bir gün ərzində Almaniya kansleri Olaf Şolts da daxil olmaqla altı Avropa lideri ilə danışıqlar aparıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna prezidenti "Telegram" kanalında məlumat veririb.

Fevralın 21-də Zelenski Xorvatiya, Polşa, Çexiya, İsveç və Sloveniya rəhbərləri ilə söhbətlər haqqında beş paylaşım edib. Müzakirə olunan əsas mövzular hərbi yardıma görə minnətdarlıq, yeni silah tədarükü planları və birgə təhlükəsizlik təminatlarının hazırlanması olub.

“Biz Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyi və tərəfdaşlarla koordinasiyanı müzakirə etdik. Biz həmçinin Tramp administrasiyasının nümayəndəsi ilə dialoqa toxunduq”, – Zelenski Almaniya kansleri ilə söhbəti haqda yazıb.