Ermənistan Baş naziri Nikol Paşinyan İrlandiyanın paytaxtı Dublin şəhərinə səfər edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Melanya Arutyunyan sosial media hesablarında paylaşım edib.
O bildirib ki, Nikol Paşinyan noyabrın 12-13-də İrlandiyada işgüzar səfərdə olacaq.
Səfər çərçivəsində o, 9-cu Avropa Siyasi Birliyi Sammitində iştirak edəcək.