
Analitik: Təhlükəsizlik strategiyasında aqressiya Ermənistan üçün fəlakətə səbəb ola bilər
11:02 25.02.2025
Cənubi Qafqaz
473
Ermənistanın hər hansı hərbi bloka qoşulması həm özünün, həm də bütövlükdə Cənubi Qafqaz regionunun sabitliyi üçün mənfi nəticələr doğura bilər
Ermənistanın yeni milli təhlükəsizlik strategiyası olacaq. Baş nazirin qərarı ilə əvvəlki strategiya 2020-ci il müharibəsindən iki ay əvvəl qəbul edilib.
Bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən milli təhlükəsizlik strategiyasının nəzərdən keçirilməsi üçün yaradılan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın rəhbərlik etdiyi idarələrarası komissiyaya bir sıra idarə rəislərinin müavinləri, həmçinin Baş nazirin müavini Mger Qriqoryanın aparatının rəhbəri, Baş nazirin müavini Tiqran Xaçatryanın müşaviri, parlamentin müdafiə və xarici əlaqələr üzrə daimi komissiyalarının sədrləri, ordunun Baş Qərargah rəisi daxildir.
“Yeni strategiyaya ehtiyac Ermənistanın təhlükəsizlik mühitində baş verən dəyişikliklərlə əlaqədar yaranıb. Əvvəlki milli təhlükəsizlik strategiyasının qəbulundan (2020-ci ilin yayı) bəri Ermənistan ətrafında böyük dəyişikliklər baş verib və bu dəyişikliklərin dinamikasını nəzərə alaraq, biz bir müddət gözlədik və onları gözlədikdən və müəyyən dəqiqləşdirmələrdən sonra yeni milli təhlükəsizlik strategiyasını qəbul etmək qərarına gəldik”, - TŞ katibi Qriqoryan bildirib.
“Hraparak” yazıb ki, yeni milli strategiya ilə bağlı suallar var: 2020-ci ildə qəbul edilən strategiyada Ermənistanın KTMT üzvlüyü vurğulanır və bu təşkilatda fəallığını artırması nəzərdə tutulur. Hazırda isə İrəvan KTMT-də fəaliyyətini dondurub. Yeni strategiyada necə olacaq: hərbi bloklara qoşulma, yoxsa tam neytral?
Digər tərəfdən, əvvəlki strategiyada, “soyqırım” və “Qarabağın tanınması” ilə bağlı ayrıca fəsillər var. Ermənistan “Qarabağın təhlükəsizliyi”nin təminatçısı kimi təqdim olunurdu. İndi necə olacaq?
Nəşr yeni strategiyanın hazırlanmasında məqsədin Qarabağla bağlı məqamların sənəddən çıxarılması olduğunu da iddia edib.
Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü "Sherg.az"a bildirib ki, Ermənistan yeni milli təhlükəsizlik strategiyasında bir sıra vacib məsələləri açıq şəkildə qeyd etməlidir:

"Saxta "erməni soyqırımı", Qarabağ və Türkiyənin şərqinə dair ərazi iddiaları, eləcə də regionda gərginlik yaradan digər mövzular rəsmi sənədlərdə əks olunmamalı və Ermənistan hakimiyyəti bu kimi siyasətlərdən çəkinməlidir. Yeni strategiya Ermənistanın aqressiv, təcavüzkar və militarist yanaşmalardan imtinasını əks etdirməli, sülh və əməkdaşlıq prinsiplərinə əsaslanmalıdır.
Əgər Ermənistan bu istiqamətdə addımlar atarsa, onun gələcək təhlükəsizliyi, dövlət kimi mövcudluğu və regionda normal mövqe tuta bilməsi üçün müsbət zəmin yaranacaq. Əks halda, yəni yeni milli təhlükəsizlik strategiyasında aqressiv siyasət davam etdirilərsə, bu, ölkə üçün fəlakətli nəticələrə səbəb ola bilər".
Şərhçi vurğulayıb ki, Nikol Paşinyan KTMT və Aİİ-dən uzaqlaşmaq siyasəti aparır:
"Onun məqsədi sadəcə bloklara qoşulmamaq deyil; əksinə, əgər Rusiya buna ciddi etiraz etməzsə, İrəvan NATO və Avropaya aid bütün hərbi bloklara üzv olmağa çalışacaq. Yəni Paşinyan hökumətinin əsas narahatlığı Rusiya ilə münasibətlərdən qaynaqlanır. Ümumiyyətlə, Ermənistanın hər hansı hərbi bloka qoşulması həm özünün, həm də bütövlükdə Cənubi Qafqaz regionunun sabitliyi üçün mənfi nəticələr doğura bilər. Buna görə də İrəvan bu cür siyasətdən çəkinməli və daha balanslı yanaşma sərgiləməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstan Prezidenti ilə telefon danışığı aparıb
14:17 16.02.2026
Dünya
Əraqçi və Qrossi texniki müzakirələr aparıb
13:37 16.02.2026
Gündəm
Ukraynada azərbaycanlı snayper öldü - Foto
13:17 16.02.2026
Hadisə
Marko Rubio ABŞ-nin Avropa üçün “qırmızı xətt”ini açıqlayıb
13:15 16.02.2026
Gündəm
“Azərsell” abonentlərə açıq-aşkar hədə-qorxu gəlir - Alimdən ETİRAZ
12:59 16.02.2026
Ölkə
FTX əməliyyat keçirdi, nazir saxlanıldı
12:55 16.02.2026
Gündəm
“Neftçi”nin 5 il gözlədiyi məhsuldarlıq
12:44 16.02.2026
Futbol
Xocalıya növbəti köç karvanı yola salınıb
12:14 16.02.2026
Qarabağ
Sabah Ruben Vardanyana hökm oxunacaq
12:11 16.02.2026
Gündəm
Katarakt hazırda 94 milyondan çox insana təsir edir
12:02 16.02.2026
Sağlamlıq
"Liverpul"un sabiq futbolçusu həbs olundu
11:54 16.02.2026
Futbol
“Qurtuluş” Reabilitasiya Mərkəzi bağlandı
11:48 16.02.2026
Ölkə
Ramanada uşaq evində 2 yaşlı uşaq qızılcadan ölüb - YENİLƏNİB
11:39 16.02.2026
Hadisə
Son iki gündə 108 cinayətin açılması təmin edilib
11:30 16.02.2026
Hadisə
Qırğızıstanda üç nazir işdən çıxarıldı
11:15 16.02.2026
Gündəm