ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların bundan sonra İran ərazisinə zərbələr endirməli olmayacağına ümid etdiyini bildirib.
APA xəbər verir ki, Tramp bu barədə Veteranlar Günü münasibətilə çıxışı zamanı danışıb.
“ABŞ İranla müharibəyə başlamayıb. İran 1979-cu ildən bəri Amerikaya qarşı müharibə aparır. Bu məsələ çoxdan həll edilməli idi. Nəhayət, indiki administrasiya dövründə kimsə müqavimət göstərmək qərarına gəldi. Hamımız müqavimət göstərdik. Biz ciddi cavab verdik və qalib gəldik. Yalnız bunu nə vaxt başa çatdırmaq istədiyimiz sualı qalıb. Biz 93 faizlik deyil, tam qələbə əldə etmək istəyirik. Qələbə tam olacaq. Dağıtdıqlarımızı bərpa etmək üçün onlara 25 il lazım olacaq. Ümid edirəm ki, bu ölkəni bir daha dağıtmağa ehtiyac qalmayacaq. Hər şeyi əvvəlki vəziyyətinə qaytarmaq üçün qarşımızda böyük işlər dayanır”, – Tramp bildirib.