ABŞ nümayəndələri Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putindən ABŞ-İran arasında birbaşa danışıqların təşkilində kömək etməsini xahiş ediblər.
Teleqraf xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib.
Qalibaf Qətərin Əl-Cəzirə televiziya kanalına verdiyi müsahibədə bildirib ki, "Amerikalılar Moskvaya səfər ediblər və Putindən aramızda birbaşa danışıqları təşkil etmək üçün İranla danışmasını istəyiblər".