
Ekoloq: Biz ov mədəniyyətimizi formalaşdıra bilməmişik
10:46 26.02.2025
Ekologiya
536
Xarici ölkə vətəndaşı bura ov etmək üçün gəlmir. Onu 2000 manat cərimə etməklə məsələni bitirmək olmaz.
Biləsuvar rayonu ərazisində qanunsuz ov edən xarici ölkə vətəndaşları saxlanılıb.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Araşdırma zamanı onların Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları Matar Mohammed Karam Al Mandoos Alblooshi və Obaid Juma Obaid Zayed Alketbi olduğu müəyyən edilib.
Faktla bağlı inzibati protokol tərtib edilərək qanun pozucularının hər birinə 2000 manat məbləğində cərimə tətbiq olunub.
Mövzu ilə bağlı fikirlərini bölüşən ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, indi ov sezonu deyil:

“Hazırda heyvanlar və quşlar döl və artım dönəmindədirlər. Ona görə də balıq xaricində başqa heyvanları ovlamaq qadağan olunmalıdır. Lakin bu xarici ölkə vətəndaşlarının da günahı deyil. Qanunlarımızda boşluqlar olduğu belə hadisələr baş verir. Xarici ölkə vətəndaşı bura ov etmək üçün gəlmir. Onu 2000 manat cərimə etməklə məsələni bitirmək olmaz. Hesab edirəm ki, bunların hamısı qanunda olan boşluqlardan irəli gəlir. Ümumiyyətlə, biz ov mədəniyyətimizi formalaşdıra bilməmişik. Xüsusən 1990-cı illərin sonu, 2000-ci illərin əvvəli ovçuluğun, ekologiyamıza vurduğu böyük zərərlərlə yadda qaldı. Yəni Bakı yaxınlığında, Şamaxı, Xızı, Şabran, Quba, Qusar, Şəki, Zaqatala, Qax dağlarında qanunsuz ovlanan xeyli canlıların kökünü kəsdik. Ona görə də dağlarımızda kəklik, dovşan qalmadı. di. Amerikan vətəndaşları ayı, dağ kəlləri ovuna gedirdilər. Yəni belə şeylər yolverilməz olmalıdır. Bu qanunla birgə həll olunmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual