Sosial dəstək paketi şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 131 min şəxsi əhatə edib
Yusif Nəzərli
15:36 26.02.2025
Sosial
425
Sosial dəstək paketi şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 131 min şəxsi əhatə edib.
Sherg.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24,5 min şəxsə birdəfəlik ödəmə təyin olunub.
Qeyd olunub ki, şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6,8 min mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567 avtomobil təqdim edilib, habelə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 73 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. Həmçinin, müharibə ilə əlaqədar əlilliyi olan 2281 şəxs 65,7 min reabilitasiya vasitəsi, o cümlədən 491 şəxs 608 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub.
Bundan başqa, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 25,6 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 12,3 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Ümumilikdə postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 131 min şəxsi əhatə edib, onlara dəstəkyönümlü 374 min xidmət göstərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib
21:21 30.08.2026
Futbol
Politico: İslandiya Aİ-yə üzvlükdən balıqçılığa görə imtina edib
20:37 30.08.2026
Dünya
Leysan olacaq - XƏBƏRDARLIQ
19:37 30.08.2026
Ekologiya
Tramp Venesuela neftiylə ABŞ-ın Strateji Ehtiyatlarını bərpa edəcək
19:19 30.08.2026
Dünya
Maduro ABŞ-dəki həbsxanadan nəvələrinə və övladlarına foto göndərdi
19:00 30.08.2026
Dünya
Bu teleskop 2 milyard qalaktikanı müşahidə edəcək
18:42 30.08.2026
Dünya
Məsud Pezeşkian ŞƏT-in yubiley sammitində iştirak edəcək
17:50 30.08.2026
Aktual
Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
17:33 30.08.2026
Son dəqiqə
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual