
Yeni dövlət yaradılır? -AÇIQLAMA
Yusif Nəzərli
09:02 27.02.2025
Dünya
403
Ələvilər çox rahat şəkildə Fransadan dəstək ala bilərlər
Uqarit məsələsi hələlik iddiadan ibarət olsa da, Suriyanın başına bəla ola biləcək təhdiddir
"Kürdüstanın Səsi” Teleqram kanalının iddiasına görə, Suriya ələviləri (türkmən, kürdlər, ərəblərdən ibarətdir) ölkənin qərbindəki Uqarit bölgəsində muxtariyyətlərini elan ediblər. Uqarit bölgəsinin sayt, səhifə və qruplarında da bununla bağlı bəyanat paylaşılıb. Suriya hökuməti isə məsələyə münasibət bildirməyib.
Politoloq Turan Rzayev “Sherg.az"a açıqlamasında qeyd olunan məsələnin hələlik iddia olduğunu, lakin arxasının boş, dayaqsız olmadığını deyib. Birinci Dünya müharibəsindən sonra Suriyanın Fransa mandatına keçdiyini xatırladan politoloq qeyd edib ki, Paris ilk vaxtlar ərazini vahid Suriya kimi deyil, “parçala, hökmranlıq et” yanaşması ilə 5 hissəyə (Hələb, Dəməşq, Ələvi, Druzi və Böyük Livan) bölərək idarə edib:

“Daha sonra Hələb və Dəməşq birləşib fransızlara üsyan qaldırsa da, durzilər, ələvilər prosesə qoşulmadı.
Suriyada 1920-36-cı illərdə bir Ələvi dövləti mövcud olub. Tam müstəqil olmasa da, uzun müddət Suriyadan ayrı varlığını davam etdirib. Fransızlar bu yolla regionda güclü bir Suriyanın olmasının qarşısını almaq istəyiblər. Fransızların planı işləsəydi, bu gün regionda Livan kimi Druzi və Ələvi dövlətləri də ola bilərdi”.
Uqarit bölgəsi məsələsinə gəldikdə isə T.Rzayev bildirib ki, ələvilərin gec-tez Suriyada muxtariyyət, hətta müstəqillik arzusu ilə çıxış etməsi gözlənilirdi:
“Suriyada hakimiyyət dəyişikliyi fonunda ölkədəki ələvilər ciddi narahatlıq içindədir. Belə ki, ələvilər Əsəd ailəsinin ən sadiq tərəfdarları idi. Rejimin devrilməsi və Suriyanın yeni lideri Əhməd əş-Şaranın (əl-Colani) radikal keçmişi burada ələvilərin narahatlığına, hətta onlara qarşı soyqırımı olacağı fikrinə qapılmalarına gətirib çıxarıb. Əş-Şara yeni konstitusiyada etnik və dini azlıqların hüquqlarının tanınacağını desə də, ələvilər inamsızlıq nümayiş etdirir.
Uqarit bölgəsi məsələsi həm də regional və geosiyasi aspektdən diqqət çəkir. Məsələ ondadır ki, ələvilərin muxtariyyət elan etdiyi Uqarit bölgəsi Suriyanın Latakiya və Tartus vilayətlərini əhatə edir. Bu vilayətlər strateji baxımdan çox mühümdür. Çünki bu ərazilər Suriyanın Aralıq dənizinə çıxışını təmin edir. Yəni Uqarit bölgəsinin muxtar olması Suriyanın Aralıq dənizinə çıxışını bloklaya bilər. Digər tərəfdən, Türkiyə ilə Suriya arasında imzalanması ehtimal olan dəniz sərhədləri sazişinə də mane olar”.
Politoloq hesab edir ki, Uqarit məsələsi hələlik iddiadan ibarət olsa da, Suriyanın başına bəla ola biləcək təhdiddir:
“Ələvilər çox rahat şəkildə Fransadan dəstək ala bilərlər. Onsuz da bu layihənin tarixi müəllifi fransızlardır. Ötən gecədən Suriyanın cənubunda hərbi əməliyyatlara başlayan, bu ölkəni zəiflətmək üçün kürdlər və druzilərə dəstək verən İsrail də məmnuniyyətlə ələvilərə yardım əlini uzadar.
ABŞ də Yaxın Şərq məsələsində İsraillə ortaq mövqedə dayandığı üçün Ələvi dövləti layihəsinə dəstək verə bilər. Təbii ki, son olaraq Türkiyə faktoru var. Ankara Suriyanın ərazi bütövlüyünə hörmət edir. Proses ciddiləşəcəyi, Suriyanın nəzarətindən çıxacağı təqdirdə türk ordusu əraziyə müdaxilə edib, ilhaq edə bilər. Hatayda olduğu kimi… Təbii ki, situasiya fərqlidir, amma Ankaranın məsələyə Hatay kimi baxması mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya
Ərdoğan: Türkiyə qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir
12:23 30.08.2026
Region
Böyük fəlakət: Trilyonlarla dollarlıq ziyan vurulacaq
12:05 30.08.2026
Maraqlı
Finlyandiya Prezidenti: Rusiyanın NATO-ya hücum edəcəyinə inanmıram
11:32 30.08.2026
Dünya
Qadınlarda ağciyər xərçəngi artır
10:57 30.08.2026
Sağlamlıq
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
10:36 30.08.2026
Dünya
Səhərlər sizə yaxşı təsir edəcək 4 fəaliyyət
10:11 30.08.2026
Maraqlı