
Türkiyəli politoloq: Türkiyə-Azərbaycan münasibətləri sağlam bir inanca söykənir
Yusif Nəzərli
11:45 27.02.2025
Siyasət
452
Bu gün ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən və xalqlarımızın mətin iradəsindən qaynaqlanan Azərbaycan–Türkiyə qardaşlığı, birliyi və strateji müttəfiqliyi unikal xarakter daşımaqla hərtərəfli inkişaf edir, bölgədə sabitliyin və təhlükəsizliyin bərqərar olmasına töhfələr verir.
Prezident İlham bunu Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda qeyd edib.
"Əminəm ki, bu sarsılmaz bağlar birgə səylərimizlə “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq bundan sonra da daim möhkəmlənəcəkdir" - Prezident vurğulayıb.
Ankarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay "Sherg.az"a bildirib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər beynəlxalq əlaqələr tarixi baxımından nadir rast gəlinən bir formadadır:

"Hər iki dövlətin xalqları bir-birini qardaş kimi görür və bu cür dərin bağların mövcud olduğu başqa bir nümunə demək olar ki, yoxdur.
Türkiyə ilə Azərbaycan arasında Gürcüstan və Ermənistan yerləşsə də, bu, onların münasibətlərinə mənfi təsir göstərmir. Əksinə, əlaqələr olduqca möhkəmdir və hər keçən gün daha da güclənir.
Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycan Xalq Cümhuriyyəti, Türkiyə Cümhuriyyətinin yaranma prosesində böyük dəstək göstərib. Hətta Azərbaycanın xalqı Türkiyədəki Milli Mübarizəyə kömək etdikdən sonra, Türkiyə bu yardımı geri qaytarmaq istədikdə, "Qardaşın qardaşa borcu olmaz, bu, qardaş köməyidir" ifadəsi işlədilib. Bu, dünyada nadir rast gəlinən bir fədakarlıq nümunəsidir".
Ekspertin sözlərinə görə, Türkiyə-Azərbaycan münasibətləri məhz sağlam bir inanca söykənir:
"Türkiyə, Sovet İttifaqının süqutundan sonra Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. Azərbaycanla Ermənistan arasında problemlər gündəmə gəldikdə, Türkiyə daim Azərbaycanın yanındadır. Həmçinin, Azərbaycan-İran arasında ciddi gərginliklər yaşanarkən də Türkiyə hər fürsətdə Azərbaycanın yanında olduğunu bəyan edib.
44 günlük Vətən müharibəsində Türkiyə, heç bir hesab-kitab aparmadan, Azərbaycan üçün lazım olan hər cür yardımı göstərib. Bu gün Türkiyə və Azərbaycan nümunəvi əlaqələr qurubvə bu münasibətlər durmadan inkişaf edir. Xüsusilə Türkiyə-Azərbaycan-Ermənistan arasında sülh təmin edildikdən sonra, regionda Azərbaycanın inkişafına heç nə mane ola bilməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya
Ərdoğan: Türkiyə qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir
12:23 30.08.2026
Region
Böyük fəlakət: Trilyonlarla dollarlıq ziyan vurulacaq
12:05 30.08.2026
Maraqlı
Finlyandiya Prezidenti: Rusiyanın NATO-ya hücum edəcəyinə inanmıram
11:32 30.08.2026
Dünya
Qadınlarda ağciyər xərçəngi artır
10:57 30.08.2026
Sağlamlıq
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
10:36 30.08.2026
Dünya
Səhərlər sizə yaxşı təsir edəcək 4 fəaliyyət
10:11 30.08.2026
Maraqlı