Trampın İrana sərt çağırışı: Dərhal dəstəyi dayandırın!
17:45 19.03.2025
Gündəm
429
ABŞ-İran gərginliyi artır. Tramp İranı Yəməndəki husilərə dəstəyini “dərhal” dayandırmağa çağırıb.
Sherg.az xəbər verir ki, “Truth” sosial hesabından açıqlama verən Tramp husilərlə bağlı İranı növbəti dəfə tənqid edib. İranın husilərə göndərdiyi hərbi texnikanın azaldığını qeyd edən Tramp, "Lakin İranın hələ də böyük miqdarda təchizat göndərdiyinə dair xəbərlər var. İran bu tədarükləri dərhal dayandırmalıdır" deyə qeyd edib.
Husilərin İranın dəstəyi olmadan təkbaşına döyüşməsi lazım olduğunu müdafiə edən Tramp, "Onlar hər halda müharibəni uduzacaqlar, lakin bu yolla daha tez itirəcəklər. Tamamilə məhv olacaqlar" deyə qiymətləndirmə edib.
Husilər martın 7-də İsrailə yardımın Qəzzaya girməsinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqlayıb.
ABŞ prezidenti Donald Tramp martın 15-də “Truth” sosial platforması hesabında verdiyi açıqlamada orduya Yəməndə husilərə qarşı “kütləvi hücum” əmri verdiyini açıqlayıb.
Husilərin lideri Əbdül-Malik əl-Husi verdiyi açıqlamada, ABŞ təyyarələri və döyüş gəmilərinin husilərin hədəfi olacağını və onlar hücumlarını davam etdirdikcə, dəniz naviqasiyasındakı blokadaların Vaşinqtonu da əhatə edəcəyini bildirib.
Husilər ABŞ və İngiltərənin paytaxt Səna da daxil olmaqla bir sıra şəhərlərə endirdiyi hava hücumlarında 53 nəfərin öldüyünü, 98 nəfərin yaralandığını açıqlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi