Beynin sözləri yadda saxlamaq üçün lazım olan hissələri məlum olub - TƏDQİQAT
Yusif Nəzərli
03:52 23.03.2025
Sağlamlıq
455
Yeni araşdırma beynin sözləri yadda saxlamaq üçün vacib olan hissələrini və epilepsiyanın bu prosesə təsirini müəyyən edib.
AZƏRTAC “Science Daily” saytına istinadla xəbər verir ki, tədqiqat “Brain Communications” jurnalında dərc olunub. Həmin tədqiqat göstərib ki, beynin prefrontal, temporal və singulat kortekslərinin, həmçinin hipokampusun kiçilməsi sözlərin xatırlanmasını çətinləşdirir.
Tədqiqatda 84 temporal epilepsiya və hipokampal skleroz xəstəsi, eləcə də 43 sağlam insan iştirak edib. Yüksək dəqiqlikli MRT beyin skanları vasitəsilə beynin müxtəlif hissələrinin ölçüsü və forması analiz edilib. İştirakçılar şifahi yaddaş testlərindən keçib və nəticələr beyin ölçüləri ilə müqayisə olunub. Kiçik beyin bölgələrinin zəif yaddaşla əlaqəli olduğu müəyyənləşib.
Professor Con Dunkan bildirib ki, beynin hansı hissələrinin sözlərin xatırlanması üçün vacib olduğunu anlamaq epilepsiya xəstələrinin neyrocərrahi müalicəsinə istiqamət verməyə kömək edə bilər. Bu, əməliyyat zamanı yaddaş və dil üçün mühüm olan beyin bölgələrinin qorunmasına şərait yarada bilər.
Tədqiqat Böyük Britaniyanın Epilepsiya Tədqiqatı Fondu tərəfindən maliyyələşdirilib və NIHR UCLH Biotibbi Araşdırma Mərkəzi tərəfindən dəstəklənib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya