Kişi cinsiyyət orqanını böyütmək istəyərkən xəstəxanalıq oldu
Yusif Nəzərli
02:11 25.03.2025
Sağlamlıq
409
Moskva vilayətinin sakini evdə cinsi orqanı böyütmək cəhdlərindən travma alıb, xəstəxanaya yerləşdirilib.
“Medicina” xəbər verir ki, gənc oğlana vitamin inyeksiyasından sonra zədələnmiş orqanın bərpası üçün üç mərhələli əməliyyat keçiriləcək.
Vitamin inyeksiyasının köməyi ilə orqanı böyütməyə və qüvvətləndirməyə çalışan 22 yaşlı İstra şəhər sakini indi ağır müalicə almalıdır.
Onun etirafına görə, 8 mart ərəfəsində Dedovskda yaşayan qadınları təəccübləndirmək üçün cinsiyyət orqanını bir neçə santimetr böyütmək istəyib. Dostunun verdiyi məsləhətlə aptekdən maye E vitamini alıb və intim orqana yeritmək istəyib.
O, 12 mm-lik şprisdən istifadə edib. Prosedurdan sonra kişi ertəsi gün penisinin şişdiyini hiss etdi.
Martın 9-da kişinin cinsiyyət orqanında qəribə qırmızı ləkələr əmələ gəlib. Gənc qasıq nahiyəsində çox güclü yanğı və ağrı hiss edib və o qorxaraq təcili yardım çağırıb.
Tibb müəssisəsində həkimlər xəstəni müayinə edərək zədələnmiş orqanın bərpası üçün 3 mərhələdən ibarət əməliyyata ehtiyac olduğunu bildiriblər. Tibb işçiləri lazımi müdaxilələri edə biləcəklərini məsləhət görsələr də, müalicənin fəsadsız başa çatacağına zəmanət verə bilməzlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi