KİV: Trampın ticarət siyasəti Fransa şirkətlərini qəfil yaxalayıb
Yusif Nəzərli
15:49 26.03.2025
Dünya
381
Fransa şirkətləri ABŞ Prezidenti Donald Trampın Avropadan gələn mallara rüsum tətbiq edəcəyini gözləmirdilər, buna görə də onlar restrukturizasiya aparmağa və inkişaf strategiyalarını yenidən nəzərdən keçirməyə məcbur olublar.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Le Figaro” yazıb.
Nəşr qeyd edib ki, əvvəlcə Trampın ABŞ-də seçkilərdə qələbəsi Fransa biznesində maraq oyatmışdı. Bütün iri şirkətlər Amerika bazarına xüsusi diqqət ayırmağı planlaşdırırdılar, çünki vergilərin azaldılmasına və dövlət tənzimlənməsinin zəifləməsinə ümid edirdilər.
Qəzetin yazdığına görə, iş adamları dövlət başçısının vəzifəyə başlamasından cəmi iki ay sonra ABŞ-nin əsas ticarət tərəfdaşları olan Meksika, Kanada və Avropadan gələn mallara gömrük rüsumları tətbiq etməyi təklif edəcəyini və ya tətbiq edəcəyini gözləmirdilər.
“Biz yanıldıq”, – fransalı iş adamı “Le Figaro” ilə söhbətində etiraf edib.
“France Industrie” şirkətinin prezidenti Aleksandr Sobonun sözlərinə görə, Trampın çoxsaylı qalmaqallı və ziddiyyətli bəyanatları “qeyri-müəyyənliyi artırır” ki, bu da “həmişə biznesə pis təsir göstərir”.
Nəşr yazıb ki, bəzi Fransa müəssisələri artıq Vaşinqtonun yeni ticarət siyasətinin fəsadlarını hiss etməyə başlayıblar: onların iqtisadi göstəriciləri Amerika bazarındakı zəif nəticələr səbəbindən azalır. Biznesmenlərə görə, Trampın davranışı ABŞ iqtisadiyyatının yavaşlamasına səbəb olur ki, bu da bütün dünyaya yayıla bilər.
Maliyyə təşkilatlarının nümayəndələri “Le Figaro”ya riskləri minimuma endirmək üçün şirkətlərin ABŞ-yə sərmayə qoymaqdan imtina etdiklərini və gözləməyi üstün tutduqlarını deyiblər.
Müəssisələr həmçinin xərcləri azaltmağa və restrukturizasiyaya hazırlaşmağa məcburdurlar. Bir investisiya bankirinin nəşrə dediyinə görə, belə bir durumda “Avropa şirkətləri yenidən maliyyələşdirmə üçün Avropaya qayıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi