Məxfi məlumat sızdı: Pentaqon rəhbərinin istefası tələb edilir
Yusif Nəzərli
20:12 26.03.2025
Dünya
385
ABŞ-da məxfi məlumatın “Siqnal” tətbiqindəki yazışma zamanı yayılması ilə bağlı Tramp administrasiyasının kəşfiyyat və müdafiə rəsmilərinin Konqresdə ifadələri davam edir.
Axar.az xəbər verir ki, bugünkü dinləmələrdə Demokratlar Partiyasının təmsilçiləri ABŞ-ın müdafiə katibi Pit Heqseti istefaya çağırıblar. Onlar milli kəşfiyyatın direktoru Tulsi Qabbard və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklifin yazışmada heç bir məxfi məlumatın paylaşılmadığına dair ifadələrini qəbul etməyərək, Pentaqon rəhbərinin məsuliyyəti üzərinə götürməsini tələb ediblər.
Bildirilib ki, ABŞ-a məxsus gizlin məlumatların adi tətbiq vasitəsilə yayılması məsuliyyətsizlikdir.
Qeyd edək ki, iki gün əvvəl “Atlantik” jurnalının baş redaktoru Cefri Qoldberq təsadüfən Tramp administrasiyasının “Siqnal” tətbiqindəki yazışma qrupuna daxil edildiyini və orada ABŞ-ın Yəməndə husilərə hücum planının detallarının açıqlandığını deyib. Bu gün isə “Atlantik” dərgisi söhbətin davamını yayımlayıb və orada müdafiə katibinin döyüş təyyarələrinin dəqiq hücum vaxtlarına dair paylaşımı qeyd olunub.
Milli təhlükəsizlik müşaviri Mayk Uolts müdafiə katibi, vitse-prezident və Tramp administrasiyasının digər yüksəksəviyyəli rəsmilərinin də daxil olduğu yazışmaya baş redaktorun əlavə edilməsinə görə məsuliyyəti öz üzərinə götürüb. İki gündür Konqresdə hadisə ilə bağlı dinləmələr keçirilir. ABŞ rəsmiləri yazışmalarda məxfi məlumatın paylaşılmadığını iddia edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi