BMT Rusiya-Ukrayna məsələsi ilə bağlı son diplomatik danışıqları alqışlayıb
Yusif Nəzərli
03:20 27.03.2025
Dünya
375
“BMT-nin Baş katibi ABŞ, Rusiya Federasiyası və Ukraynanın Səudiyyə Ərəbistanında apardığı müzakirələri və götürdükləri öhdəlikləri alqışlayır”. AZƏRTAC-ın məlumatına görə, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrikin bəyanatında deyilir.
Bildirilir ki, mülki gəmilərin və liman infrastrukturunun mühafizəsini təmin etmək üçün Qara dənizdə naviqasiya sərbəstliyinə dair razılaşmanın əldə edilməsi həm Ukrayna, həm də Rusiya Federasiyasından qlobal bazarlara gedən ticarət yollarının əhəmiyyətini nəzərə almaqla qlobal ərzaq təhlükəsizliyi və təchizat zəncirlərinə mühüm töhfə verəcək.
Qeyd olunur ki, BMT sülh yolunda bütün səyləri dəstəkləyir.
“Baş katib ümid edir ki, bu cür səylər davamlı atəşkəsə zəmin yaradacaq və BMT nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq, Ukraynanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşmaqla Ukraynada ədalətli, hərtərəfli və davamlı sülhün əldə olunmasına töhfə verəcək”, - deyə vurğulanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi