Suriya Qətər, Türkiyə və ABŞ şirkətləri ilə 7 milyard dollarlıq saziş imzalayıb
Yusif Nəzərli
16:34 29.05.2025
Siyasət
486
Suriya hökuməti Qətər, Türkiyə və ABŞ şirkətlərindən ibarət konsorsiumla enerji sahəsində əməkdaşlığa dair 7 milyard dollar dəyərində saziş imzalayıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, memorandumun imzalanma mərasimi Dəməşqdəki prezident sarayında Suriya prezidenti Əhməd əş-Şəraa və ABŞ Prezidentinin Suriya üzrə elçisi Tomas Barrakın iştirakı ilə keçirilib.
Suriyanın energetika naziri Məhəmməd əl-Başir bu hadisəni münaqişə illərində zərər çəkmiş ölkənin infrastrukturu üçün "tarixi an" və "dönüş nöqtəsi" adlandırıb. Öz növbəsində, Barrak əmin edib ki, ABŞ Prezidenti Donald Tramp Suriyaya qarşı sanksiyaları heç bir şərt qoymadan ləğv edir, Dəməşqə əməkdaşlığı və ticarət əlaqələrini inkişaf etdirməyi təklif edir.
Qətərin “UCC Holding” şirkətinin bölməsinin rəhbərlik etdiyi konsorsiuma Türkiyənin “Kalyon GES Enerji Yatirimlari və Cengiz Enerji”, həmçinin “Power International USA” şirkətləri daxildir.
Suriyanın mərkəzi və şərq hissəsində qazla işləyən dörd istilik elektrik stansiyasının, cənubda isə günəş elektrik stansiyasının tikilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm