Fərdi kombilər tarix olur: Təhlükəsizlik və qənaət üçün yeni dövr başlayır
Yusif Nəzərli
21:37 04.06.2025
Sosial
535
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı ictimai dinləmə keçirib. İclasda “İstilik təchizatı haqqında” Qanun layihəsi ilə bağlı gözləntilər açıqlanıb. Qanun layihəsində texniki itkilərin azaldılması, xidmət keyfiyyətinin artırılması, fasiləsiz istilik enerjisi təminatı, enerji effektivliyinin yüksəldilməsi və investorlar üçün risklərin minimallaşdırılması kimi məsələlər nəzərdə tutulub.
Qanun layihəsini şərh edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev “Sherg.az”a açıqlamasında bildirib ki, “İstilik təchizatı haqqında” Qanun layihəsi ölkəmizdə istilik enerjisinin təminatında mühüm islahatların və yeniliklərin həyata keçirilməsi istiqamətində atılan önəmli addımlardan biridir. Onun sözlərinə görə, yeni tikilən binalarda mərkəzi istilik sisteminin tətbiqi, enerji effektivliyi və ekoloji dayanıqlılığın təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir:
“Layihə çərçivəsində həm dövlət, həm də özəl sektorun əməkdaşlığı ilə istilik enerjisinin keyfiyyətli, fasiləsiz və ekoloji təmiz şəkildə təmin olunması, texniki itkilərin azaldılması və rəqəmsal innovasiyaların tətbiqi əsas prioritetlərdən sayılır. Bu, həm sakinlərin komfort səviyyəsinin yüksəldilməsinə, həm də enerji sektorunda investisiya mühitinin daha da əlverişli olmasına şərait yaradacaq. Yeni tikilən binalarda mərkəzi istilik sisteminin tətbiqi, həmçinin sosial obyektlərdə fasiləsiz istilik enerjisi təminatını gücləndirərək, ölkədə istilik təchizatı infrastrukturunun müasirləşdirilməsinə və davamlı inkişafına mühüm töhfə verəcək”.
Deputat qeyd edib ki, hazırda yeni tikilən binalarda mərkəzi istilik sisteminin olmaması həm təhlükəsizlik, həm də iqtisadi baxımdan vətəndaşlar üçün ciddi çətinliklər yaradır. Bu sahədə nəzarət mexanizmlərinin zəifliyi səbəbindən çox zaman standartlara cavab verməyən fərdi istilik sistemləri — əsasən kombilər — quraşdırılır ki, bu da qaz sızmaları və digər təhlükəli halların başvermə riskini artırır:
“Yeni qanun layihəsi isə bu problemlərin aradan qaldırılmasına yönəlib və kifayət qədər mütərəqqi yanaşmalar təklif edir. Xüsusilə məhəllə tipli mərkəzləşdirilmiş istilik sistemlərinin qurulması həm təhlükəsizlik, həm də qənaət baxımından daha səmərəli ola bilər. Bu sistemlər genişmiqyaslı boru xətləri və yüksək infrastruktur xərcləri olmadan lokal əraziləri əhatə etməklə daha effektiv nəticələr verə bilər. Eyni zamanda, qanun layihəsində binaların izolyasiya və tikinti keyfiyyətinə də xüsusi diqqət ayrılması təqdirəlayiqdir. İstilik itkisini azaltmaq üçün fasad və izolyasiya sistemlərinin keyfiyyətli olması və tikinti zamanı standartlara əməl olunması vacibdir. Əks halda, vətəndaşların ödədiyi istilik xərcləri artır, enerji sərfiyyatı isə daha yüksək olur. Nəticə etibarilə, yeni qanun layihəsi vətəndaşların həm təhlükəsizliyini, həm də maddi rifahını nəzərə alan müasir yanaşmalar təqdim edir. Əsas məsələ isə bu müddəaların real həyata tətbiqində ardıcıl və ciddi nəzarətin təmin olunmasıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya