
Qoyun əti hamıya yaramır – Dietoloqdan Qurban Bayramı XƏBƏRDARLIĞI
Yusif Nəzərli
12:33 07.06.2025
Sağlamlıq
500
Qurban bayramı müsəlman dünyasında sevinclə qeyd olunan müqəddəs bir bayramdır. Bu bayramda insanlar dini borc olaraq qurbanlıq heyvanlar — əsasən qoyun, keçi və dana — kəsirlər. Bayram süfrələrində əsas yer ət yeməklərinə verilir. Hər evdə kabab, qovurma, dolma kimi ətli təamlar hazırlanır. İnsanlar yaxınlarını ziyarət edir və bir-birilərinə qurban payı aparırlar. Lakin bu günlərdə sağlamlıq məsələləri də diqqətdən kənarda qalmamalıdır.
Dietoloq Sevinc Həsənzadə “Sherg.az”a bildirib ki, artıq müqəddəs Qurban Bayramı ərəfəsindəyik:

“Bu günlərdə deyə bilərik ki, bir çox evlərin süfrələrində qoyun ətindən hazırlanan yeməklər olacaq. Lakin qoyun ətinin faydalı olması ilə yanaşı zərərli tərəfləri də mövcuddur. Elə şəxslər var ki, onlara bu əti yemək olmaz. Amma faydaları da var. Qoyun ətinin tərkibində B qrupu, E,D,K vitaminləri, su, zülal, fosfor, sink, selenium, kalium, kalsium, maqnezium mövcuddur. Tərkibində olan faydalı minerallar və vitaminlər sayəsində bədənə qüvvət verir, qanı artırır, orqanizmin itirilmiş enerjisini bərpa edir. Digər tərəfdən qoyun əti mədə-bağırsaqda turşuluq dərəcəsini artırır və buna görə də gec həzm olunur. Buna bağlı olaraq qastriti, reflüks, yüksək turşuluqla bağlı mədə problemləri olan şəxslərə qoyun əti yemək olmaz. Eyni zamanda qan təzyiqi yüksək olan, şəkərli diabet xəstələri, qaraciyər xəstəlikləri olan şəxslər də ehtiyyatlı olmalıdırlar. Həmçinin qoyun əti ilə birlikdə içilən içkilərə də diqqət etmək lazımdır. Qazlı içkilər və şəkər miqdarı çox olan meyvə şirələri ilə birlikdə istehlak edilən zaman reflüks xəstəliyinin yaranma riskini artırır. Buna görə də su və ayrana üstünlük vermək məsləhətlidir. Qurban bayramında hazırlanacaq xörəklərdə yağsız və ya az yağlı ətlər seçilməlidir. Onu da deyim ki, nəinki bayram günlərində, hətta adi vaxtlarda belə insanlar əksər hallarda qidalanmalarına diqqət etmirlər. Nəticədə isə sonradan belə insanların artıq kilo problemi yaranır. Həmçinin piylənmə dərəcəsi riskli qrupa daxil olan adamların bayramdan sonra real piylənmə xəstəsi kimi ciddi müalicə alması lazım gəlir. Yağlı ətlərin doymuş yağ turşularından ibarət olması və pis xolestrini qanda artırmasını bilib, qovurma, qızartma (qoyun ətindən bişmiş yeməkləri) çox yeməməliyik. Bu cür yeməklər ürək, qan-damar xəstələri, şəkər, təzyiqi yüksək olan insanlarda xüsusilə məhdudlaşdırılmalıdır. Bu səbəbdən də bayramda yağsız və ya az yağlı ətlər seçilməlidir”.
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol