
İrəvanın iki stul siyasəti: Konsulluq ləngiməsi nədən xəbər verir?
10:38 10.06.2025
Region
547
Qafanda konsulluğun açılması ikitərəfli münasibətlərə ciddi təsir göstərməyəcək
Tofiq Abbasov: Erməni cəmiyyətində Rusiya ilə bağlı etirazlı ab-hava, rusafobiya var
Ermənistan tərəfi hələ də Rusiyanın Qafanda baş konsulluğunun açılmasının ləngiməsinin səbəblərini açıqlamır.
Bu barədə “Sputnik Ermənistan” Ermənistan Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.
“Sputnik Ermənistan” Baş nazir Nikol Paşinyana müvafiq sorğu göndərərək prosesin hansı mərhələdə olduğunu, konsulluğun niyə hələ də açılmadığını və ləngimənin nədən ibarət olduğunu soruşub. Cavab Ermənistan Xarici İşlər Nazirliyindən gəlib.
“Sizə bildiririk ki, qaldırılan məsələlərlə bağlı inkişaf olarsa, ictimaiyyətə məlumat veriləcək”, - Ermənistan XİN-in cavabında deyilir.
Xatırladaq ki, Rusiyanın Sünik vilayətində (Qərbi Zəngəzur) baş konsulluğunun açılması məsələsinin müzakirəsi üç ilə yaxındır davam edir. 2023-cü ilin sentyabr ayından etibarən açılışın hazırlanmasına cavabdeh olan qrup Qafanda fəaliyyət göstərir. Bu ilin martında Ermənistan Xarici İşlər Nazirliyi prosesin iki ölkə arasında danışıqlar mərhələsində olduğunu bəyan etmişdi.
Rusiyadan son olaraq bu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirmişdi ki, gecikmələrin səbəbi Ermənistan tərəfi ilə bağlıdır.
Politoloq Tofiq Abbasov Sherg.az-a söyləyib ki, konsulluğun açılması adətən vətəndaşların gediş-gəlişi və ortaq məsələlərin həlli ilə bağlı olur:

"Hazırda Moskva-İrəvan münasibətləri soyuqdur. Digər tərəfdən Rusiya vətəndaşları əsasən İrəvanda birlik formasında yaşayır. Həmçinin erməni cəmiyyətində Rusiya ilə bağlı etirazlı ab-hava, rusafobiya var. Belə olduğu halda Rusiya bu məsələlərə həssas yanaşmalıdır. Eyni zamanda Moskva və Tehran Ermənistanla bağlı özünəməxsus xüsusi siyasət yeridir. Həmçinin Azərbaycanla münasibətlər kontekstində hər iki ölkənin fərqli mövqeyi mövcuddur. Onlar ilk növbədə Ermənistana belə bir fikir təlqin edirlər ki, onu tək qoymurlar və dəstək olurlar. Digər tərəfdən konsulluğun açılmasının çağırışlarla nə dərəcədə uzlaşması sual altındadır. Nə Ermənistan, nə də Rusiya vətəndaşlarının gediş-gəlişi və s. məsələlərdə Rusiyanın hər hansı problemi yoxdur".
Politoloqun fikrincə, Qafanda konsulluğun açılması ikitərəfli münasibətlərə ciddi təsir göstərməyəcək:
"Əslində bu, daha çox piyar məsələsidir. Qafan xüsusi strateji region belə deyil. Kənar təsirlərə gəlincə, Qərbin Ermənistanı sınaması mümkündür. Nəzərə alaq ki, 9 May - Qələbə günündə Paşinyan Rusiyada keçirilən paradda yer aldı. Hər halda Ermənistan rəhbərliyi iki stul üzərində oturmağa cəhd göstərir. İrəvan Rusiya ilə münasibətləri gücləndirməsə də, imtina etmir. Ümumiyyətlə Ermənistanın xarici siyasəti çox axsaqdır və uzun müddət bu cür davam edə bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya