
Millət vəkili: "Əbu-Dabi görüşü kifayət qədər konstruktiv, pozitiv notlarla keçdi"
13:51 11.07.2025
Cəmiyyət
529
"Müsbət haldır ki, tərəflər birbaşa, hər hansı vasitəçi olmadan görüşdülər".
"Nikol Paşinyana təzyiqlərin artacağını proqnozlaşdırmaq mümkündür. Hətta təxribatlar da ola bilər"
"Cənubi Qafqazda sülhün əldə olunmasını istəməyən qüvvələr kifayət qədərdi"
"Azərbaycan və Ermənistan dövlət başçılarının Əbu-Dabi görüşü kifayət qədər konstruktiv, pozitiv notlarla keçdi".
Bunu "Sherg.az"a açıqlamasında Milli Məclisin üzvü Nəsib Məhəməliyev deyib.
Millət vəkili bildirib ki, 5 saata qədər davam edən görüşdə sülhün əldə olunması üçün tərəfləri narahat edən bütün məsələlərə toxunulub:

"Əbu-Dabi görüşünü, sülh müqaviləsinin imzalanması istiqamətində atılmış tarixi addım kimi qiymətləndirmək olar. Digər tərəfdən, müsbət haldır ki, Azərbaycan və Ermənistan rəhbərləri, nümayəndə heyətləri birbaşa, hər hansı vasitəçi olmadan görüşdülər. İndiyə qədər keçirilən görüşlər üçüncü tərəfin iştirakı ilə baş tuturdu. O da, effektiv olmurdu. İndi isə hər iki tərəf sübut etdi ki, problemləri vasitəçi olmadan həll etmək iqtidarındadırlar. Son zamanlar, Ermənistan cəmiyyətinin radikal-millətçi kəsimi, Kilsə Paşinyana təzyiqlərini artırmaqdadır. Baş nazirin siyasətindən narazı qalan Rusiya onlara dəstək verir. Söhbət regionda oturuşmuş və bölgəyə daxil olmaq istəyən güclərin geosiyasi rəqabətindən gedir".
Parlament üzvü vurğulayıb ki, gələn ilin martında Ermənistanda parlament seçkiləri keçiriləcə:
"Ona görə də, yaxın zamanlarda Nikol Paşinyana təzyiqlərin artacağını proqnozlaşdırmaq mümkündür. Hətta təxribatlar da ola bilər. Ermənilərin tarixən terror törətmək qabiliyyətini nəzərə alsaq, 1999-cu ilin acı təcrübəsi təkrarlana bilər. Bu da, təbii olaraq, sülh prosesinin nəinki yubadılması, ümumiyyətlə gündəlikdən çıxarılması ilə nəticələnə bilər. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda sülhün əldə olunmasını istəməyən qüvvələr kifayət qədərdi. Son sorğulara görə, Paşinyan opponentlərini cüzi də olsa, qabaqlayır. Ümid edək, baş nazir revanşistlərin, daşnak-millətçilərinin, keşişlərin, xaricdən göndərilən təxribatçı emissarların neytrallaşdırılmasına nail olacaq. Region axır ki, layiq olduğu sülhə qovuşacaq".
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya