Tbilisidə yaşayış binasında uçqun oldu, ölən və xəsarət alanlar var - YENİLƏNDİ - 2
17:05 14.07.2025
Hadisə
359
Gürcüstanın daxili işlər naziri Gela Geladze və Tbilisi meri Kaxa Kaladze şəhərdə bina uçqunu baş vermiş ərazidə olublar.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında hadisə nəticəsində bir nəfərin öldüyünü təsdiqləyib.
Onun sözlərinə görə, xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib.
G.Geladze hadisə ilə bağlı araşdırmaların aparıldığını qeyd edib.
K.Kaladze isə jurnalistlərə müsahibəsində bildirib ki, bina 5-ci dərəcəli qəzalı vəziyyətdə olub. Merin sözlərinə görə, tikilinin bərpası mümkünsüz olub və sakinlər bunu bilirdilər. O, binanın demontaj edilməsi üçün bütün sakinlərin razılığının əldə edilmədiyini vurğulayıb.
***
20:29
TBİLİSİ, 14 iyul. TELEQRAF
Tbilisidə “Vağzal meydanı” ərazisində uçqun baş vermiş binanın dağıntıları altından bir nəfərin meyiti çıxarılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, sakinlər və hadisə şahidləri dağıntılar altında ən azı üç nəfərin olduğunu bildirirlər.
Gürcüstan hökumətinin qərarı ilə hadisə ilə bağlı Zuqdidi şəhərində idman kompleksinin bu günə təyin olunmuş açılış mərasimi təxirə salınıb.
***
20:10
TBİLİSİ, 14 iyul. TELEQRAF
Tbilisidə “Vağzal meydanı” ərazisində yerləşən yaşayış binalarından birinin damının bir hissəsi uçub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.
Dağıntılar altında qalanların olub-olmadığı hələ məlum deyil. Binanın yaxınlığında park edilmiş bir neçə avtomovil ciddi zədələnib.
Əraziyə polis qüvvələri, xilasedicilər və təcili tibbi yardım maşınları cəlb edilib. Hazırda hadisə yeri dağıntılardan təmizlənir və axtarış-xilasetmə işləri aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb
15:02 31.07.2026
Dünya
İnfantinonun müşaviri FIFA-nın planına etiraz olaraq istefa verdi
14:38 31.07.2026
Futbol
Külək nə vaxt zəifləyəcək? - Açıqlama
14:32 31.07.2026
Ekologiya
SEPAH üzvlərinin meyitləti İrana gətirildi
14:26 31.07.2026
Dünya
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
13:59 31.07.2026
Dünya
Avropa liderləri Trampdan “qaçırlar”
13:52 31.07.2026
Dünya
Zelenski Rusiya və Ukraynanın itkilərini açıqladı
13:46 31.07.2026
Dünya
Mey Putindən danışdı: "Keçmiş KQB əməkdaşı" olmur
13:40 31.07.2026
Dünya
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region