Oskar mükafatlı “A Fantastic Woman” filminin rejissoru, çilili Sebastian Lelio 52 yaşında vəfat edib.
Sherg.az xəbər verir ki, rejissor Santyaqodakı evində ölü tapılıb. Onun ölüm xəbərini sevgilisi, aktrisa Amalia Kassai sosial şəbəkədə açıqlayıb. Bildirilib ki, Lelio səhhətində yaranan problemlər səbəbindən dünyasını dəyişib.
2018-ci ildə “A Fantastic Woman” filmi ilə “Ən yaxşı beynəlxalq film” nominasiyasında Oskar qazanan Lelio “Gloria”, “The Wave” və “Disobedience” kimi ekran əsərlərinin də müəllifi olub. O, həmçinin Julianne Moore, Rachel Weisz və Florence Pugh kimi tanınmış aktyorlarla çalışıb.