
Sülh üçün zaman daralır -ŞƏRH
Yusif Nəzərli
06:28 29.07.2025
Siyasət
418
Azərbaycan artıq gözləmək istəmir
Gələn il sülh sazişi ölkə liderləri tərəfindən imzalana bilər
Məlum olduğu kimi Azərbaycan və Ermənistan arasında saziş layihəsinin paraflanması ideyası irəli sürülüb. Sülh sazişi adətən tərəflər arasında aparılan diplomatik danışıqlar nəticəsində hazırlanır. Bu mərhələdə tərəflər arasında mübahisələrin detallarına dair müddəalar, qarşılıqlı öhdəliklər, sərhədlər, təhlükəsizlik zəmanətləri və digər vacib şərtlər ekspert qrupları və danışıqlar heyətləri tərəfindən müzakirə olunur. Mətnin ilkin layihəsi razılaşdırıldıqdan sonra texniki və hüquqi baxımdan yoxlanılır. Azərbaycanla Ermənistan bu mərhələni artıq yekunlaşdırıb. Mətn üzərində razılıq əldə edildikdən sonra tərəflərin rəsmi nümayəndələri sənədi paraflayır. Paraflanma sənədin hər səhifəsinin və ya son səhifəsinin baş hərflərlə imzalanmasıdır. Bu proses sazişin mətni üzərində razılığın əldə edildiyini, lakin sənədin hələ rəsmi şəkildə qüvvəyə minmədiyini göstərir. Bu mərhələ siyasi razılaşmanın simvolik təsdiqidir və əksər hallarda imzalanma mərhələsinə hazırlıq sayılır. Prezident İlham Əliyev də Xankəndidəki Media Forumunda məsələ ilə bağlı dedi ki, "mətn paraflana bilər və Azərbaycan tərəfi artıq bu təkliflə çıxış edib". Tərəflər bütün mübahisəli məsələləri həll etdikdən sonra saziş layihəsi imzalanacaq. Onu da qeyd edək ki, Azərbaycan iki şərtin yerinə yetirilməsindən sonra sazişi imzalamağa hazır olduğunu bəyan edib.
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov deyib ki, Ermənistan istənilən şəkildə Azərbaycanla sülh sazişinin imzalanmasını istəyir. Ekspert vurğulayıb ki, İrəvan hökuməti bu cür davranışları son dövrlərdə dəfələrlə nümayiş etdirib:

"Ancaq məsələ ondadır ki, İrəvan sülh istəsə də, sülh sazişinin imzalanmasına mane olan məqamları aradan qaldırmaq gücündə deyil. Söhbət ilk növbədə Ermənistanda Konstitusiyanın dəyişdirilməsindən və yeni Konstitusiyanın qəbul edilməsindən gedir. Parlament seçkilərinədək Ermənistan hökuməti bu addımı atmağa cəsarət etmir. İmza atılacaq hansısa sənədin seçkilərin nəticəsini mənfi təsir göstərəcəyindən ehtiyatlanır. Bu səbəbdən Konstitusiyanın 2026-cı ilin ikinci yarısından sonra qəbul oluna biləcəyini söyləyir. Bu da Azərbaycanı qane etmir. Biz uzun zaman gözləmək fikrində deyilik. Ancaq Əbu-Dabi görüşündən sonra açıq şəkildə deyildi ki, sülh sazişini imzalamaq mümkün olmasa da, onu paraflamaq mümkündür. Yəni ilkin imzalama mərasimi təşkil oluna bilər".
A.Səmədov diqqətə çatdırıb ki, səlahiyyətli nümayəndə sülh sazişini paraflaya bilər:
"Gələn il də sülh sazişi ölkə liderləri tərəfindən imzalana bilər. Paraflanmaq deyiləndə səlahiyyətli nümayəndənin sazişin hər səhifəsini təsdiq etməsi nəzərdə tutulur. Bundan sonra həmin sənədə hansısa dəyişiklik edilə bilməz. Düşünürəm ki, yaxın zamanlarda belə bir addımın atılması mümkündür. Bu barədə ABŞ Prezidenti D.Tramp da bəyanat verdi. O da dedi ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan arasında sülh istiqamətində mühüm addımlar atıla bilər. Mümkündür ki, paraflanma mərasimində ABŞ-nin yüksək rütbəli məmurları da iştirak edə bilər. Hətta bu mərasim ABŞ-də də baş tuta bilər. Əgər ABŞ və Ermənistan Azərbaycan hakimiyyətini qane edəcək təminatlar irəli sürərsə və bu təminatlar bütün narahatlıqları aradan qaldırarsa, bəlkə də, Konstitusiyanın dəyişdirilməsinə qədər də müəyyən addımlar atıla bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm