
ABŞ-la münasibətlərin inkişafı Azərbaycanın diplomatik manevr imkanlarının artıracaq -ANALİZ
12:49 07.08.2025
Siyasət
456
Bu gün dünyada beynəlxalq münasibətlər gərgin və qeyri-müəyyən vəziyyətdədir. Belə bir zamanda Azərbaycan xarici siyasətdə fəal mövqe tutur və milli maraqlara əsaslanan addımlar atır. Prezident İlham Əliyevin ABŞ-yə səfəri də bu siyasətin davamı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilən görüşlər və aparılan danışıqlar Azərbaycan-ABŞ münasibətlərinə yeni istiqamət verməklə yanaşı, regionda sabitliyin və əməkdaşlığın inkişafına da töhfə verə bilər.
Hazırkı şəraitdə Azərbaycanın həm qonşu ölkələrlə, həm də qlobal güclərlə münasibətlərini müsbət formada davam etdirməsi xüsusi əhəmiyyət daşıyır.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Sherg.az-a mövzu ilə bağlı açıqlama verib:

"Beynəlxalq münasibətlər sisteminin son dərəcə gərgin və qeyri-müəyyən bir mərhələsində Azərbaycan aktiv xarici siyasət kursu həyata keçirir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi əgər Qərbdən gələn təzyiqlərə boyun əysəydik bu gün regionun ən azı iki dövləti ilə müharibə vəziyyətində ola bilərdik. Azərbaycanın prioriteti ilk növbədə regional aktorlarla münasibətlərin müsbət və davamlı şəkildə inkişaf etdirilməsidir. Bununla yanaşı Azərbaycan dünyanın istənilən dövləti ilə əməkdaşlığa açıqdır. Əgər söhbət qlobal güc mərkəzlərindən gedirsə, əməkdaşlığa açıq olmaq təbiidir. Bu münasibətlərə mənfi prizmadan baxmaq əvəzinəqarşılıqlı maraqlar üzərində qurulmuş dialoqu təşviq etmək daha rasional olardı. Prezident İlham Əliyev də yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətləri ilə bağlı müsbət hadisələrin baş verəcəyini proqnozlaşdırırdı. ABŞ-da Bayden-Blinken administrasiyasından fərqli olaraq, Donald Trampın beynəlxalq proseslərə daha praqmatik yanaşdığını müşahidə edirik. Onun əməkdaşlığa açıq olması, mövcud münaqişələri arxa plana çəkərək dividentlərə fokuslanmağı biznes təfəkküründən irəli gəlir. Trampın və ona yaxın biznes dairələrinin regionla bağlı həyata keçirdiyi və nəzərdə tutulan layihələrə nəzər salmaq kifayətdir ki, bu yanaşmanı anlamaq mümkün olsun".
Politoloq Ağ evdə İlham Əliyev və Nikol Paşinyanın görüşməsi ehtimalını da qiymətləndirib:
"Son günlərdə mediada Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçiriləcəyi barədə məlumatlar yayılıb. Belə görüşlər və təmaslar təbii ki, müsbət haldır. Lakin hesab edirəm ki, konkret olaraq bu platformanın həlledici rol oynayacağını gözləmək düzgün olmazdı".
Müsahibimiz ABŞ-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinə müsbət yanaşdığını söyləyib:
"Münasibətlərin dərinləşməsi regional məsələlərin yalnız bir mərkəzdə cəmlənməməsi və Azərbaycanın diplomatik manevr imkanlarının genişlənməsi baxımından olduqca əhəmiyyətlidir".
Qalereya
Oxşar xəbərlər
Paşinyan Rusiya və Avropa İttifaqı arasında həssas tarazlığı qorumağa çalışır - ŞƏRH
20:58 27.07.2026
Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəliyi vahid indekslər siyahısına əlavə edildi
15:12 27.07.2026
Xəbər lenti
Hamısına bax
İran Ukraynanı hansı raketlərlə vura bilər? - DE
06:42 28.07.2026
Aktual
Afrikada xroniki aclıqdan əziyyət çəkənlərin sayı 309 milyonu ötüb
06:06 28.07.2026
Dünya
Onlar baş rol olacaq
04:44 28.07.2026
Şou
Dodaqlar niyə qaralır? - Səbəbi budur
04:04 28.07.2026
Sağlamlıq
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət