
Ət doğruyarkan bu qaydalara mütləq riayət edilməlidir -Ekspert tövsiyəsi
12:36 19.08.2025
Cəmiyyət
384
Bakıda ət doğrayan kişi özünü bıçaqlayıb.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.
Xətai rayonu, Ə.Şıxlinski küçəsi, ev 14-də yaşayan 1969-cu il təvəllüdlü İbrahim Əziz oğlu Ələkbərov ət doğrayarkən ehtiyatsızlıqdan qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.
Xəstəxanaya yerləşdirilmiş İ.Ələkbərovun vəziyyəti qənaətbəxşdir.
Təhlükəsizlik eksperti Samir Nəbiyev “Sherg.az”a bildirdi ki, ət doğrama və kəsim məntəqələrində xüsusi avadanlıqlar və bıçaqlar olmalıdır:

“Bununla yanaşı, həmin ərazidə fəaliyyət göstərən ət kəsicisinin və ət doğrayan şəxsin vəzifə təlimatı hazırlanmalı və orada əməyin mühafizəsi və texniki təhlükəsizliklə bağlı müddəalar əks olunmalıdır. Bu tədbirlər çərçivəsində müvafiq nəzarət mexanizmləri həyata keçirilməlidir. Fərdi mühafizə vasitələri xüsusi qoruyucu vasitələrdən ibarət olmalı, məsələn, kəsilməyə davamlı əlcək, deşilməyə davamlı xüsusi önlük təmin edilməlidir. Bununla yanaşı, qida təhlükəsizliyi tələbləri də nəzərə alınmalı, baş örtüyü, qoruyucu eynək və respiratordan istifadə edilməlidir. Bu zaman bədənin əzələ hissələrinin təxminən 90–95%-i tam şəkildə örtülməli, yalnız üç nahiyədə müəyyən qədər açıq sahələr qala bilər. Digər bütün nahiyələr mütləq şəkildə qorunmalı və yalnız bundan sonra kəsim və doğrama prosesinə başlanmalıdır. Böyül ehtimal ilə qeyd edilən ərazidə müvafiq təlimat və fərdi mühafizə vasitələri mövcud olmayıb. Nəticədə, ət doğrama prosesini icra edən şəxs özünə xəsarət yetirib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya