
Ortabab ailələr belə aviabilet alıb səyahətə gedə bilmirlər - EKSPERT
Ortabab ailələr belə aviabilet alıb səyahətə gedə bilmirlər - EKSPERT
Yusif Nəzərli
08:40 20.08.2025
Aktual
433
Quru sərhədlər də qapalı olduğu üçün ölkə daxilində qalır, ancaq daxili turizmdən istifadə edə bilirlər
Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1188,9 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz azdır. İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 0,8 faiz, Gürcüstana gedənlərin sayı 25,9 faiz artıb, Türkiyəyə gedənlərin sayı 4,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı isə 28,5 faiz azalıb. Azərbaycan Respublikası vətəndaşlarının 40,6 faizi Türkiyəyə, 15,7 faizi Rusiya Federasiyasına, 11,2 faizi Gürcüstana, 8,9 faizi İrana, 23,6 faizi digər ölkələrə səfər edib. Gedənlərin 64,7 faizini kişilər, 35,3 faizini qadınlar təşkil edib. Yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,8 faizi hava, 28,2 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Xarici ölkələrə səfər edənlərin sayında azalmanın səbəblərinə toxunan iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, bu, əsasən xərclərin artmasıyla bağlıdır:

- Məlumdur ki, səyahət qiymətləri, tur-paketlərin qiyməti getdikcə yüksəlir. Bu, ümumi qiymət artımı ilə bağlı olan haldır. Təkcə Azərbaycanda deyil, bütün dünyada bu tendensiya müşahidə olunur. Gəlirlər azalır, xərclər artır. Bu da insanları əyləncələrə, səyahətlərə daha az xərc çəkməyə vadar edir. İkinci əsas səbəb quru sərhədlərin hələ də qapalı qalmasıdır. İnsanlar vardı ki quru yolla, qatarla, şəxsi avtomobilləri ilə qonşu ölkələrə səyahət edə bilirdilər. Bu imkanlar məhdud olduğu üçün, hava nəqliyyatı ilə səfərlər də xeyli baha olduğu üçün səyahət edənlərin sayında, təbii ki, azalmalar var. Amma görürük ki, xarici ölkələr arasında yenə də ilk sırada qardaş Türkiyədir. Rusiyaya səfərlərin azalmasının səbəbləri də məlumdur. Siyasi mənzərə bəllidir. Azərbaycanlılara hansı münasibət göstərilir, bilirik. İqtisadi əlaqələr də zəifləyir. Xaricə səfərlərdə daha çox hava nəqliyyatından istifadə də quru sərhədlərin bağlı olmasından irəli gəlir. Quru sərhədləri açıq olduğu dönəmlərdə imkanlı şəxslər təyyarə ilə səfərlərə üstünlük verirdi, ortabab, nisbətən aztəminatlılar dəmiryolundan istifadə edirdi. İndi bu şərtlər yoxdur. Ortabab ailələr yüksək qiymətə aviabiletlər alıb xarici ölkələrə səyahətə gedə bilmir. Quru sərhədlər də qapalı olduğu üçün ölkə daxilində qalır, ancaq daxili turizmdən istifadə edə bilirlər.
F.İbrahimov xaricə səfər edənlərin sayında azalma olsa da, ölkəmizə məhz işgüzar səfərə gələnlərin sayında artım olmasını müsbət hal hesab edir:
- Bu, ölkəmizin iqtisadi yüksəlişinə, burada həm investorlara, həm də fərdi şəxslərə işləmək üçün münbit şəraitin olduğunu göstərir. Bu ilin yanvar-may aylarında Azərbaycana konkret olaraq turizm məqsədilə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 670 196 nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çoxdur. Və bu göstəricinin 145 532 nəfəri ölkəyə işgüzar məqsədlə gələnlərin payına düşür. Bu isə 1 il əvvələ nisbətən 93,9 faiz çoxdur. Maraqlıdır ki, statistik məlumatlara görə, Azərbaycana işgüzar səfərlər ən çox Rusiyadan baş tutub. Hətta qardaş Türkiyədən gələnlərin sayından da artıqdır bu göstərici. Bu da onu göstərir ki, münasibətlərdə müəyyən gərginliyə baxmayaraq, Azərbaycan Rusiya vətəndaşları üçün də əlverişli ölkədir. Ola bilsin, Rusiyadan ölkəmizə səfər edənlərin bir hissəsini azərbaycanlılar təşkil edir. Bu da mənfi hal deyil. Bütün hallarda ölkəmizə investisiya axını var. İstər turizm səfərləri, istərsə də işgüzar səfərlər hesabına.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya