
Ermənistan Türkiyə və Pakistana yaxınlaşır - Politoloq
04:21 02.09.2025
Siyasət
2069
Samir Hümbətov: "Sülh müqaviləsinin paraflanması buzların əriməsinə və münasibətlərin qurulmasına səbəb hesab oluna bilər"
Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Pakistanın XİN rəhbəri İshaq Dar arasında görüş baş tutub. Görüş barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb və qeyd edib ki, tərəflər diplomatik münasibətlər qurmaq barədə qərar qəbul ediblər. Həmsöhbətlər Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması qərarını məmnunluqla qeyd ediblər və ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Həmçinin, regional hadisələrə toxunan Ararat Mirzoyan Ermənistanın Cənubi Qafqazda sabit sülhün bərqərar olması istiqamətində səylərini təqdim edib. Bu kontekstdə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olduğunu vurğulayıb.
Politoloq Samir Hümbətov "Sherg.az"a deyib ki, Pakistanın bugünə kimi Ermənistanı dövlət kimi tanımamasının ən başlıca səbəbi kimi Azərbaycan ərazilərinin işğalı və tərəflər arasında mövcud olmuş münaqişə hesab edilirdi. Ekspertin sözlərinə görə, 8 avqust 2025-ci ildə Vaşinqtonda reallaşan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması buzların əriməsinə və münasibətlərin qurulması üçün səbəb hesab oluna bilər:

"Son günlər Türkiyənin də Ermənistanla diplomatik əlaqələri quracağı ilə bağlı açıqlamalar eşidirik. Baş verən son proseslərdən belə qənaətə gəlmək olar ki, 8 avqust 2025-ci il Vaşinqton anlaşması təkcə Ermənistan-Azərbaycan arasında deyil, eyni zamanda Ermənistan-Pakistan, Ermənistan-Türkiyə arasında da əlaqələrin qurulmasına imkan yaratdı. Əlbəttə, baş verən proseslər bəzi ölkələrin, xüsusilə Hindistan, Yunanıstan və Fransa kimi ölkələrin arzulamadığı yöndə cərəyan etsə də, dəyişən yeni dünya nizamında tərəflər istənilən halda ilk növbədə öz maraqlarını düşünməyə məcburdurlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil
Əməkdar artisti ilan sancdı - Foto
16:06 25.07.2026
Hadisə