DYP Lənkəranda məktəbli bacı-qardaşın öldüyü yol qəzası ilə bağlı çağırış edib
Yusif Nəzərli
07:48 19.09.2025
Sosial
570
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Lənkəran rayonunda məktəbli bacı-qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı müraciət edib.
İdarədən APA-ya verilən məlumatda bildirilib ki, bu faciə bir daha göstərir ki, yol hərəkəti qaydalarına əməl olunmaması ən ağır nəticələrə gətirib çıxarır:
"Bir daha bütün sürücülərin diqqətinə çatdırırıq ki, yollarda — xüsusilə yaşayış məntəqələrində, məktəb və bağça ərazilərində hərəkət zamanı sürət həddi qanunvericiliyin tələblərinə uyğun seçilməli, məsuliyyətli davranılmalıdır.
Piyadalara da xatırladılır ki, yalnız təyin olunmuş keçidlərdən istifadə etməli, hərəkətə başlamazdan əvvəl ətrafı diqqətlə müşahidə etməli və sürücülər üçün gözlənilməz vəziyyət yaratmamalıdırlar.
Valideynlərdən xahiş olunur ki, uşaqların məktəbə gediş-gəlişlərini daim diqqətdə saxlasınlar, azyaşlı uşaqları yollarda nəzarətsiz qoymasınlar.
Hər bir hərəkət iştirakçısı anlamalıdır ki, qaydalara əməl etməmək yalnız qanunun pozulması deyil, eyni zamanda insan həyatına birbaşa təhlükə yaratmaq deməkdir".
Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, həm sürücülərin, həm də piyadaların məsuliyyətli davranışı yol-nəqliyyat hadisələrinin qarşısını almağın və insanların həyatını qorumağın əsas yoludur.
Qeyd edək ki, Lənkəran-Lerik magistralında - Lənkəran rayonunun Şovu kəndi ərazisində "Mercedes" markalı avtomobil məktəbə gedən şagirdlər - 2017-ci il təvəllüdlü Gülay Əlizadəni və onun qardaşı, 2014-cü il təvəllüdlü Ramid Əliyevi vurub.
Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Lakin pnları xilas etmək mümkün olmayıb.
Hadisəni törədən "Mercedes" qəzadan sonra idarəetməni itirərək yol kənarına çıxıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət