Naxçıvan enerji sistemi yenidən qurulur
08:53 19.09.2025
İnfrastruktur
752
Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli, 235 nömrəli Fərmanına uyğun olaraq “AzərEnerji” tərəfindən Naxçıvan Muxtar Respublikasında elektroenergetika sahəsində mühüm addımlar atılır.
"Sherg.az" xəbər verir ki, hazırda regionun elektrik enerjisi təminatında əsas rol oynayan istismar müddətini keçmiş bir neçə yarımstansiya sökülərək yenidən tikilir. Belə ki, 154/110/10 kilovoltluq “Babək”, 110/35/10 kilovoltluq “Çeşməbasar” və 110/35/10 kilovoltluq “Naxçıvan” yarımstansiyaları sökülərək tam yenidən tikilir. Həmçinin, Naxçıvan Regional Rəqəmsal İdarəetmə və SCADA mərkəzi, eləcə də müasir texniki infrastrukturlar yaradılır. Yeni enerji obyektləri tikilərək istifadəyə verildikdən sonra regionda elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı əhəmiyyətli dərəcədə artacaq, eyni zamanda Naxçıvanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və davamlı inkişafına töhfə verəcək.
Bununla yanaşı, “AzərEnerji” tərəfindən Naxçıvan ötürücü elektrik şəbəkəsinin modernləşdirilməsi istiqamətində də ciddi işlər aparılır.
Muxtar Respublikanın ötən əsrin 50-ci illərinin sonlarından istismarda olan hava elektrik verilişi xətləri “AzərEnerji” tərəfindən sökülərək yenidən qurulur. İlkin mərhələdə 110 kilovoltluq “Culfa”, “Ordubad-1” və “Ordubad-2” yüksək gərginlikli ötürmə xətləri ikidövrəli olmaqla, ümumilikdə 68 km məsafədə yenidən çəkilir.
“AzərEnerji” tərəfindən Naxçıvan Muxtar Respublikasında 3 istiqamətdə çəkilən ötürmə xətlərində və 3 yerdə tikilən yarımstansiyalarda, o cümlədən Regional Rəqəmsal İdarəetmə Mərkəzində aparılan işlərin gələn il ərzində yekunlaşdırılması planlaşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət