Paşinyan Azərbaycanla sülhün bərqərar olmasını tarixi hadisə adlandırıb
Yusif Nəzərli
12:11 30.09.2025
Cənubi Qafqaz
378
8 avqust 2025-ci il tarixinədək Ermənistan və Azərbaycan sülhə nail olmaq və dövlətlərarası münasibətlərin qurulması üçün bir sıra addımlar atıb, lakin ABŞ Prezidentinin iştirakı olmadan indiki nəticəyə nail olmaq mümkün olmayıb.
APA “Armenpress”ə istinadən xəbərinə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının payız sessiyasındakı çıxışında bildirib.
“ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması ilə bağlı bəyannamə qəbul edilib. Prezident Tramp da şahid olaraq bu bəyannaməni imzalayıb”, - Paşinyan deyib.
Ermənistanın Baş naziri sülhün bərqərar olmasını tarixi hadisə adlandırıb.
O qeyd edib ki, bu, təkcə Ermənistan hökumətinin və xalqının deyil, həm də Azərbaycan hökumətinin və xalqının nailiyyətidir:
“Sülh tətil və ya istirahət deyil, sülh gündəlik işdir. Sülh yeni doğulmuş bir körpə kimi, gündəlik qayğı tələb edir. Bu gün yeni doğulmuş sülhümüz 1 ay 22 günlükdür və biz onu qorumalı, sevməli və ona qayğı göstərməliyik ki, böyüsün və Cənubi Qafqaz regionumuzun çiçəklənməsinə töhfə versin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya