“Fəzail Ağamalı istefa verib, yeni sədr mənəm, əlimdə video var”
11:53 25.10.2025
Siyasət
431
Xəbər verdiyimiz kimi, bu gün Ana Vətən Partiyasının qurultayında gərgin anlar yaşanıb. Partiya sədri Fəzail Ağamalı qurultayda baş verən davada namizəd oğlu Elçin Ağamalını ittiham edib.
Məsələ ilə bağlı Teleqraf-a danışan Elçin Ağamalı bildirib ki, onun əlində Fəzail Ağamalının partiya sədrliyindən istefa verməsi ilə bağlı görüntülər var.
“Eyni zamanda, mənim partiya sədrliyinə seçilməyimlə bağlı da videogörüntülər mövcuddur. Partiyada 25 illik fəaliyyətim var. Partiya nədir, reqlament nədir, bilirəm. Bütün qayda-qanunlara əməl etmişəm. Qurultayda mənim namizədliyimi irəli sürən, bunu müdafiə edən şəxslərin çıxışına imkan verilməyib. Zalın mənə böyük dəstəyini görən qarşı tərəf iclası saxladı, qurultayı təxirə saldı. Məni sədr kimi görmək istəyənlər isə zalı tərk etməyib, məsələni sonluqla yekunlaşdırıblar”.
Elçin Ağamalının sözlərinə görə, Fəzail Ağamalı qızı Günay Ağamalını partiya sədrliyinə namizəd irəli sürmüşdü:
“Ondan başda daha üç namizəd oldu. Ümumilikdə sədrliyə iddialı 4 namizəd var idi. Fəzail Ağamalı dəfələrlə mənə deyib ki, səni partiyada görmək istəmirəm. Mən də dedim ki, bunu qurultayda görəcəyik. 155 nümayəndənin 100-dən çoxu mənə səs verib”.
Elçin Ağamalı daha sonra fikrinə əlavə edib:
“Biz iki qardaş, bir bacıyıq. Mən baş aça bilmirəm ki, bu konfliktin səbəbi nədir. Fikrim də o idi ki, sədr seçiləndə Günay Ağamalını özümə müavin təyin edəcəm. Niyə mənə mane olurlar? Vaxtilə parlament seçkilərində Ana Vətən Partiyasından məni deputat kimi görmək istəyən çox idi. O zaman bacımın namizədliyi irəli sürüldüyü üçün mən bu təşəbbüslə çıxış etmədim. Amma bacımın namizədliyini, daha sonra deputat seçilməsini xoş qarşıladım.
Ondan sonra da mənə qarşı xoşagəlməz addımlar atıldı. Partiyaya giriş-çıxışım məhdudlaşdırıldı, otağım əlimdən alındı. Son bir ildə isə məni partiya işindən kənarlaşdırdılar. Bunların səbəbinin kökündə nə dayanır, bilmirəm. Fəzail müəllimə sual vermək lazımdır ki, Elçinlə konfliktin kökündə nə dayanır?”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm