
Tramp Ukraynanı Putinə güzəştə gedə bilməz - RƏY
15:01 27.10.2025
Siyasət
699
Putin qələbə eyforiyası ilə növbəti müharibəyə hazırlaşır
“Tramp sülh vədi verir, amma Ukrayna müharibəsi danışıqlarla bitməyəcək”
Rusiya prezidenti Vladimir Putinin nüvə enerjili qanadlı raket sınağı uyğun hərəkət deyil. Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O əlavə edib ki, Ukraynada müharibəni sona çatdırmalıdır: "Bir həftə çəkməli olan müharibənin artıq dördüncü ilidir. O, raketləri sınaqdan keçirmək əvəzinə, bunu etməlidir". Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper də deyib ki, Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün Rusiya pulunun arxasınca gedilməlidir: "Yəni dondurulmuş Rusiya aktivlərindən Ukraynaya kömək etmək və onu bərpa etmək məqsədilə istifadə etməliyik".
O xatırladıb ki, Böyük Britaniya müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı iqtisadi sanksiyaların tərəfdarıdır və hazırda vəziyyət Rusiyanı müharibə gəlirlərindən məhrum etmək və Vladimir Putini danışıqlar masasına oturtmaq məqsədilə yeni iqtisadi təzyiqlər üçün əlverişlidir: "Ukrayna sülh danışıqlarına hazırdır, ordu və mülki şəxslər müdafiə xəttini saxlamaqda davam edir". Ukraynalı zabit Stanislav Bünyatov deyib ki, rus hərbçiləri noyabrın ortalarına qədər Pokrovsku tutmaq əmri alıb:
"Rusiyalı əsir deyir ki, Putin noyabrın ortalarına qədər Pokrovski tutmaq əmrini verib, ona görə də nə hərbçi, nə də texnika əsirgəyəcək". Digər bir ukraynalı hərbçi isə bildirib ki, Pokrovskda vəziyyət çox çətindir: "Lakin müdafiə qüvvələri müvəqqəti olaraq vəziyyəti sabitləşdirməyə nail olub. Düşmən keçə bilməyəcəyi xətlərə çatıb və şəhəri tamamilə ələ keçirmək üçün irəliləməyə davam edir". Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenski Pokrovskda mövcud vəziyyətin ağır olduğunu etiraf edib.
Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, Putin Donbası alıb, qələbə eyforiyası ilə rus xalqını növbəti müharibəyə, Baltikyanı ölkələrə qarşı hərbi təxribatlara sövq edəcək. Ekspert hesab edir ki, Ukrayna prezidenti Donbası Rusiyaya güzəştə getməyəcək:

"Zelenskinin təklifi indiki təmas xəttində atəşkəs rejiminin bərpa edilməsi və danışıqlara başlamaqdan ibarətdir. Amma Rusiya buna razı deyil. Tramp Ukraynanın şərqini Putinə güzəştə gedərsə, Avropa və digər müttəfiqlərin Vaşinqtona etimadı azalacaq. ABŞ-nin Rusiya qarşısında güzəştə getməsi fövqəldövlət statusunun zədələnməsi və Rusiyanın yeni qütb olması deməkdir. Tramp Putinə öz əmlakından güzəştə gedə bilər. Ukrayna Trampın mülki deyil ki, güzəştə getsin. ABŞ də geostrateji maraqlarını güzəştə gedə bilməz. Ümumiyyətlə, Tramp müharibələrin dayandırılmasını elan edib. Amma görünən odur ki, Trampın Ukrayna müharibəsinə danışıqlar yolu ilə son qoyması mümkün deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm