7 dəfə ildırım vurdu, ölmədi: Amma...
7 dəfə ildırım vurdu, ölmədi: Amma...
10:37 04.06.2024
Dünya
372
Bu şəxs bir qadına sevgi etirafına mənfi cavab aldıqda sarsılıb və intihar edib
Roy Sullivan, 1912-ci ildə ABŞ-də doğulub. Uşaq yaşlarından təbiət qoynunda olmağı sevib və təbiət hadisələri barədə kitablar oxuyub. Bu da ona Mülki Müdafiə Birliyi tərkibində çalışmaq imkanı qazandırıb. 1936-cı ildən taki təqaüdə çıxanadək park mühafizəçisi işləyib, ABŞ-nin "Shenandoah" Milli Parkının inşasında çalışıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən təbiət vurğunu olan bu adamın başına gələnləri təqdim edir. Bu insanı məşhurlaşdıran 7 dəfə ildırım vurmasına rəğmən həyatda qalmasıdır. Roy Sullivanı 1942-1977-ci illər arasında 7 dəfə ildırım vurub. İlk dəfə 1942-ci ildə "Shenandoah" Milli Parkındakı “Miller's Head” təpəsində vəzifə başında ikən fırtına zamanı onu ildırım vurub. R.Sullivanın sağ ayağında və ayaq barmaqlarında yanıq əmələ gəlib. 27 il sonra o, ildırım vurmasına təkrar məruz qalıb. İldırım onu dağ yoluyla hərəkət edərkən avtomobilin pəncərəsindən yaxalayıb. Saçlarına od düşüb və huşunu itirib. Növbəti ildə Roy Sullivan bağçada olduğu vaxt ildırım vurmasına məruz qalıb. Sol çiynində yanıq əmələ gəlib. Dördüncü və beşinci hadisələr də vəzifə başında gerçəkləşib. 1972-ci ildə yenidən ildırım vurması nəticəsində Sullivanın yenə saçları yanıb. 1973-də eyni hadisə təkrarlanıb. Roy Sullivan zənn edirdi ki, deyəsən, bədəni ildırımı özünə çəkir. 5 iyun 1976-cı ildə düşən ildırım isə Sullivanı biləyindən yaralayıb. Sonuncu dəfə isə 25 iyun 1977-ci ildə balıq tutarkən ildırım vurmasına məruz qalıb. Sinəsi və qarnından yaralanıb. Maraqlıdır ki, cərəyan ölçüsü bir neçə milyon volt olan ildırımlardan Roy Sullivan salamat çıxıb. Hətta onu “İldırım mühafizəçisi” də adlandırıblar. Amma ildırımla mücadilə edən bu şəxs bir qadına etdiyi sevgi etirafına mənfi cavab aldıqda sarsılıb və 1983-cü ildə intihar edib. Tədqiqatçılar isə müəyyən edib ki, ildırım kişiləri qadınlara nisbətən daha tez yaxalayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat