71 ildir dəmir silindrin içində yaşayır - “Qurbağa həyatı”
71 ildir dəmir silindrin içində yaşayır - “Qurbağa həyatı”
Yusif Nəzərli
12:49 02.08.2023
Dünya
635
Kiçik yaşında keçirdiyi xəstəlik səbəbindən metal kürəyə bağlı qalan Paul Aleksander 71 il sonra qısa müddətə də olsa, metal “beşiyini” tərk edə bilir artıq.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Paul Aleksander hazırda 77 yaşındadır. Paul 6 yaşında olarkən polio - uşaq iflici xəstəliyinə tutulub. Başından ayaqlarınadək iflic olan uşaq sərbəst nəfəs almaq qabiliyyətini itirib. Həkimlər uşaq yaşasın deyə, onu silindrik cihazın içinə yerləşdiriblər. Beləcə illər keçib. Paul dəmir silindrin içinə birləşdirilmiş aparat sayəsində nəfəs alıb. Bu şəraitdə 71 il yaşayıb. Həkimlər bu üsulu “qurbağa nəfəsi” adlandırır.
Paulun sərbəst nəfəs alması 24 saat ərzində yalnız 1 saat mümkün olub. Dəmir silindrdən çıxıb, bir neçə dəqiqəlik nəfəs alıb, yenidən dəmirin içinə daxil olub. Nəfəs aparatı olmadan Paul boğulurmuş, rəngi göm-göy olurmuş. Yeni kəşf edilən “Qurbağa nəfəsi” adlı üsul sayəsində isə Paul, tez-tez olmasa da, ara-sıra dəmir silindrdən kənara çıxa bilir. Bu üsulun tibbi adı “Glossofaringeal nəfəsalma”dır.
Bu üsulla hava normal insanlarda olduğu kimi nəfəs çəkilməklə alınmır, şəxs tərəfindən məhz udulur. Bu şəraitdə yaşayan Paul 21 yaşında lisey bitirib, əvvəlcə Dallasdakı Southern Methodist Universitetinə, ardınca da Austin, Texas Universitetində hüquq fakültəsinə daxil olub. Məzun olduqdan sonra vəkillik fəaliyyəti ilə məşğul olub, məhkəmə proseslərinə əlil arabasıyla gəlib. Paul normal insanlar kimi nəfəs ala bilməsə də, təyyarəyə də minir, okeanlar üzərindən uçur, gecə klubuna da gedir, kilsədə dua da edir. Paul hətta COVID-19 xəstəliyinə də tutulub. Həyatı barədə kitabı isə Paul ağzıyla yazıb. Ara-sıra dəmir silindrin içindən çıxan Paulun həyat hekayəsi İngiltərə mediasında gündəmi zəbt edib. Onun barəsində oxuyanlar heyranlıqlarını gizlədə bilmir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial