89 ədəd qızıl balığı uddu!
10:49 19.05.2024
Dünya
504
10 dollardan başlayan mərc oyununun qarşısını ala bilmirlər
ABŞ-nin Massaçusets kampusundakı tələbələr 1930-cu ildə bu günlərədək davam edən ağlagəlməz ənənənin əsasını qoyublar. Hər şey kiçicik yapon balıqlarını kim nə qədər uda bilər, mərci ilə başlayıb. Mərcə 10 dollardan başlayıblar, sonrası isə əsl fəlakətə dönüb. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, bu qəribə ənənənin əsası Harvard Universitetinin tələbəsi Lotrof Vizinqtonun kiçik yapon balığını necə udduğunu tələbə yoldaşına nümayişkaranə bir şəkildə göstərməsiylə qoyulub. Vizinqtonun dostlarından biri isə bu mənzərəni heyrətlə izləyib və əgər balıq udmağı bir də təkrar edərsə, 10 dollar ödəyəcəyinə söz verib. Vizinqton isə bu əyləncə üçün xüsusi tarix və yer təyin edib. Təyin edilən gün “Balıq udma günü” adlandırılıb və tələbələr böyük coşquyla bu mərasimi izləməyə toplaşıblar. Withington mərci qazanıb. Bununla o, tələbələr arasında məşhurlaşıb. Həvəslənən Lothrop kiçik qurbağaları və balıq yumurtalarını da udmağa başlayıb. Bu mərc getdikcə digər universitetlərin tələbələri arasında da yayılmağa, populyarlaşmağa başlayıb. 1939-cu ilin yazında ABŞ-nin az qala bütün ali məktəblərində “balıq udma” yarışları keçirilib. Pensilvaniya Universitetinin tələbəsi 25 yapon balığını bir oturumda udub. Ondan sonra bir başqası 42 ədəd balıq udaraq “rekordu” təzələyib və universitetlərarası “Yapon balığı udma” çempionu titulu qazanıb. Tələbənin udmazdan əvvəl balıqları 4 şüşə şokoladlı sodayla yuduğu da deyilib. Bir müddət sonra tələbə qızlar da balıq udma yarışına qatılıb. “Smithsonian Magazine” dərgisinin yazdığına görə, həmim ilin aprel ayında 89 yapon balığı udan Clark Universitetinin tələbəsi Jozef Deliberato olub. Lakin bu durum qısa müddət ərzində heyvansevərlərin təpkisini çəkib. Boston şəhərində senator George Kraf ştatın təbiəti mühafizə departamentinə “balıqların zalımcasına və qeyri-etik tərzdə istehlakdan qorunması” qanunu təqdim edib. Boston Heyvanları Xilasetmə Birliyinin başqanı Robert F. Sellar polisin yapon balıqlarını udan tələbələri gözaltına almasının gərəkdiyini söyləyib: “Bu məsələyə ciddi yanaşılmalıdır, biz bununla məşğul olacağıq. Xeyli sayda şikayətlər alırıq”. Hər nə qədər bu mənasız mərc oyununun qarşısı alınmağa çalışılsa da, Vizinqtonun iddiası “yapon balığı mücadiləsi”nə çevrilib və bir qrip tələbənin balıq udmaq yarışması zamanla yayılmağa başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya
Hindistanın ən zəngin ştatında quraqlıq həyəcanı
22:54 26.09.2026
Ekologiya
Naxçıvanda kişi arvadını və baldızını bıçaqladı
22:53 26.09.2026
Hadisə