AB Rusiyaya Ukraynadan daha çox pul göndərib

Avropa Birliyi Rusiyadan qaz alışına Ukraynaya yardımdan daha çox vəsait ayırıb.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin birinci müavini Kristofer Landau X hesabında yazıb.

"Bilirsinizmi ki, 2022–2024-cü illər ərzində AB ölkələri Rusiyaya enerji daşıyıcılarının ödənişi üçün Ukraynaya verdiklərindən xeyli çox vəsait göndəriblər?", – o qeyd edib.