Sahibkar və siyasətçi Abelardo de la Espriellya and içərək Kolumbiya prezidenti vəzifəsinin icrasına başlayıb.
"Report" xəbər verir ki, andiçmə mərasimi Caracol telekanalı tərəfindən yayımlanıb.
Mərasim ölkənin paytaxtı Boqotada deyil, Kolumbiyanın qərbində yerləşən Kali şəhərində keçirilib. Mərasimdə, xüsusilə, Argentina, Çili və Ekvador prezidentləri Xavyer Miley, Xose Antonio Kast və Daniel Noboa iştirak ediblər.
De la Espriellya iyunun 21-də keçirilən prezident seçkilərinin ikinci turunda seçilib. O, seçicilərin 49,6 faizinin dəstəyini qazanaraq solçu "Tarixi Pakt" partiyasının namizədi İvan Sepedunu 0,9 faiz bəndi qabaqlayıb.