ABŞ beş ölkədəki səfirlik və konsulluğunu bağlayır

ABŞ hökuməti dünyadakı fəaliyyətini qismən azaltmaq məqsədilə xaricdəki 5 diplomatik idarəsini bağlamağa qərar verib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, ABŞ Dövlət Departamenti bununla bağlı Konqresə xüsusi məktub göndərib.

ABŞ-nin Qrenadadakı səfirliyi, həmçinin Yaponiya, İndoneziya, Kanada və Kamerundakı konsulluq və digər nümayəndəlikləri fəaliyyətini dayandıracaq.